CƏMİYYƏT
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bir sıra tədbirlər keçirməyi planlaşdırır
Bakı, 24 iyul (AZƏRTAC). Oktyabrın 24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının bazasında “Eksimer - lazer cərrahiyyəsi bu gün: real imkanlar və nailiyyətlər” mövzusunda elmi-praktiki konfrans keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də “Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda keçiriləcək ənənəvi konfransda gənc oftalmoloqlar bir araya gələrək müzakirələr aparacaqlar. Konfransın materialları məqalə şəklində “Oftalmologiya” jurnalında çap olunacaq.
Noyabrın 29-da isə Milli Oftalmologiya Mərkəzi Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyəti ilə birgə beynəlxalq tibbi retinologiya kursu təşkil edəcək.