İQTİSADİYYAT
Aktuari şəhadətnaməsi almaq üçün imtahanlar keçiriləcək
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB), “TSEV-Türk Sigorta Enstitüsü Vakfı” və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında müvafiq əməkdaşlığa dair razılığa əsasən, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 3.4-cü və 5.9-cu bəndlərinə müvafiq olaraq aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün Mərkəzi Bank tərəfindən imtahanlar keçiriləcək.
AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, mayın 5-də “Ehtimal nəzəriyyəsi, statistika və maliyyə riyaziyyatı”, mayın 18-də “Qeyri-həyat sığortası riyaziyyatı”, iyunun 6-da “Qeyri-həyat sığortası üzrə praktiki tətbiqlər” və iyunun 24-də “Həyat sığortası riyaziyyatı və onun praktiki tətbiqləri” mövzuları üzrə imtahanlar təşkil ediləcək. İmtahanlarda iştirak etmək istəyən şəxslər qanunvericiliklə tələb olunan sənədləri imtahan tarixinə ən azı 30 gün qalmış Mərkəzi Banka təqdim etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]