İDMAN
Alina Stadnik-Maxinya: Birinci Avropa Oyunlarının açılışı möhtəşəm olub
![Alina Stadnik-Maxinya: Birinci Avropa Oyunlarının açılışı möhtəşəm olub](/files/2015/2/1200x630/14344756472732811986_1200x630.jpg)
Bakı, 16 iyun, AZƏRTAC
Bakıda keçirilən birinci Avropa Oyunlarında Ukraynaya ilk qızıl medal qazandıran güləşçi Alina Stadnik-Maxinya açılış mərasiminin möhtəşəm olduğunu, yarışların yüksək səviyyədə təşkil edildiyini deyib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verən xanım güləşçi birinci Avropa Oyunlarında ölkəsinə ilk qızıl medal qazandırmağın onda inanılmaz hisslər yaratdığını bildirib.
A.Stadnik-Maxinya Oyunlar zamanı keçirdiyi qarşılaşmalar barədə də fikirlərini bölüşərək deyib: “Bu turnirdə zəif rəqibim olmadı. Bütün görüşlərim gərgin keçdi. Məsələn, səkkizdəbir final mərhələsindəki ilk görüşüm mənim üçün olduqca vacib idi. Çünki çıxışa necə başlayırsansa, elə də davam edirsən”.
Güləşçi finalda qarşılaşdığı rəqibi - İsrail idmançısı ilə görüşün ən çətin qarşılaşma olduğunu vurğulayıb: “Ona qalib gələ bildim. Görünür, mənim qalib gəlmək istəyim daha güclü olub. Artıq tribunada əyləşib komanda yoldaşlarıma azarkeşlik edəcəyəm. Hər bir idmançı üçün dəstək çox vacibdir. Xoşbəxtəm ki, ölkəmizə ilk qızıl medalı qazandıra bildim”.
A.Stadnik-Maxinya qeyd edib ki, Bakıya gəlişi onda müsbət enerji yaradıb: “Xüsusilə, birinci Avropa Oyunlarının açılış mərasimi çox əlamətdar idi. Mən heç vaxt belə şouların iştirakçısı olmamışdım. Hər şey çox möhtəşəm idi”.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: