ELM VƏ TƏHSİL
Alman dili fənni üzrə test tapşırıqları təhlil edilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Alman dili fənni üzrə seminarda 2015-ci ildə ali təhsil müəssisələrinə ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə edilmiş müvafiq test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seminarda 25 test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Çıxış edən müəllim və mütəxəssislər fikirlərini bildirib, təkliflər veriblər.
İkinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanlarında alman dili fənni üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili başa çatıb. Abituriyentlərin cavab verməyə çətinlik çəkdikləri test tapşırıqlarının izahlı şərhinə dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalında dərc olunacaq.