SİYASƏT
ALMANİYA NEOFAŞİSTLƏRİ ÖZLƏRİNİN ERMƏNİ HƏMKARINI ƏZİŞDİRMİŞLƏR
“Frankfurter Rundschau” qəzetinin son nömrələrindən birində dərc edilmiş məlumatda deyilir ki, Almaniya polisi Meklenburq-Forpommern federal əyalətinin Vismar şəhərində iki neofaşist alman gənci ermənini əzişdirdiklərinə görə həbs olunmuşlar. Hadisənin təhqiqatını aparan Vismar şəhər prokurorluğu savaşın səbəbini belə izah edir ki, alman gəncləri öz həmkarları, pivə barında növbəti toplantı zamanı nasionalist 23 yaşlı ermənini faşistsayağı “Sieq heil” sözləri ilə salamlamış və ermənidən bunu təkrar etməyi tələb etmişlər. Erməninin tərəddüd etdiyini görən neofaşistlərdən biri əlindəki pivə şüşəsi ilə ermənini vurub yerə sərmiş, ikincisi isə, onun başına və bədəninə ağır zərbələr endirmişdir.
Əslində, bu qalmaqal təəccüb doğurmamalıdır. Hadisə hazırda Almaniyada gənclər arasında baş alıb gedən sağ ekstremizmin və bundan heç də geri qalmayan erməni faşizminin mahiyyətinə, onların təmsilçilərinin əxlaqına və mənəviyyatına tam uyğun formada baş vermişdir. Alman neofaşistləri erməni həmkarlarını onların əməllərinə xas üsulla cəzalandırmışlar.