ELM VƏ TƏHSİL
Almaniyanın klaster təcrübəsinin Azərbaycanda tətbiqi imkanları araşdırılacaq
Bakı, 27 oktyabr, AZƏRTAC
Almaniyanın Reyn-Vestfaliya bölgəsində Almaniya Beynəlxalq İnkişaf Kooperasiyası (GİZ) “İnnovasiyanı gücləndirmək üçün insanlara investisiya yatırmaq” adlı tədbir keçirir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun baş mütəxəssisi Samir Vəliyevin də qatıldığı həmin tədbirdə Almaniyanın klaster təcrübəsi təqdim olunacaq, onun Azərbaycan və digər ölkələrdə tətbiqi imkanları araşdırılacaq.
AMEA-nın Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsi elm, texnologiya və innovasiya siyasətinin formalaşdırılması və akademiyanın bu istiqamətdə apardığı işlərin keyfiyyətinin artırılması üçün dünya təcrübəsini, o cümlədən Almaniyanın klaster təcrübəsini öyrənir.