SİYASƏT
Almatıdakı turkelpress.com internet resursunda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı AzərTAc-ın analitik materialları yerləşdirilmişdir
Almatı, 16 oktyabr (AZƏRTAC). Almatıdakı turkelpress.com internet resursunda Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) rus dilində analitik materiallarını yerləşdirilmişdir.
İnternet qəzet “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycanın bir sıra informasiya agentliklərinə müsahibəsi”, “Müşahidə missiyasının adından verilən açıqlama və rəy həm Azərbaycan seçicisinin iradəsinə hörmətsizlikdir, həm də ATƏT-in nüfuzuna ciddi zərbədir” sərlövhəli materiallara yer ayırmışdır. Qəzet, həmçinin “Novruz Məmmədov: Demokratiyanı mühüm dəyər hesab edənlərin özləri demokratik prinsiplərə əməl edərək nümunə göstərməlidirlər”, ”Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sanki hansısa başqa ölkədə seçkiləri müşahidə etmişdir. Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AZƏRTAC-a müsahibəsi” materiallarını dərc etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı