CƏMİYYƏT
FHN: Hacıqabulun subasmaya məruz qalan ərazilərində təxirəsalınmaz tədbirlər görülür VİDEO
![](/files/galleryphoto/2024/2/1200x630/17195599193815263087_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195599192596855421_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195599192791043188_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719559919492442875_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195599191663762095_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17195599195517764910_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719559919200728067_1200x630.jpg)
Bakı, 28 iyun, AZƏRTAC
İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi ilə əlaqədar bəzi ərazilərin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətə düşməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Bununla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib.
Həmçinin Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.