İDMAN
Alpinizm və qayaya dırmanma idman növlərinin dünyanın Qafqaz kimi dağlıq regionunda dayanıqlı turizmin inkişafı üçün dəyərli rolu müzakirə olunacaqdır
Bakı, 14 sentyabr (AZƏRTAC). Oktyabrın 24-də Qərb Universitetində “Alpinizm və qayaya dırmanma idman növlərinin dünyanın Qafqaz kimi dağlıq regionunda dayanıqlı turizmin inkişafı üçün dəyərli rolu haqqında müzakirələr” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, konfrans Beynəlxalq Alpinizm və Qayaya Dırmanma Federasiyası ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı və Qərb Universitetinin maliyyə dəstəyi ilə reallaşacaqdır.
Beynəlxalq tədbirdə dayanıqlı idman turizminin inkişaf etməsi üçün effektiv marketinq proqramları, uzunmüddətli və dayanıqlı dağ turizmi üçün elmi və təşkilati tərəfdaşların cəlb edilməsi və digər mövzularda müzakirələr aparılacaqdır.