Anadolu Agentliyi 98 yaşını qeyd edir
İstanbul, 6 aprel, AZƏRTAC
Dünya xəbər məkanında böyük nüfuza malik olan Anadolu Agentliyinin 98 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə agentliyin kollektivi Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri ziyarət edib, məzarı önünə gül çələngi qoyulub.
İlk müxbiri Abdurrahman Peşavərli olan Anadolu Agentliyi 1920-ci il aprelin 6-da - Türkiyə Böyük Millət Məclisinin yaranmasından 17 gün əvvəl təsis olunub. Ötən dövrdə Türkiyənin dövlətçilik və inkişaf tarixində şərəfli yol keçən Anadolu Agentliyi hazırda dünyanın hər nöqtəsindən verdiyi xəbərləri 13 dildə oxuculara çatdırır.
Yüz yaşını qeyd etməyə yaxınlaşan Anadolu Agentliyi dünya media qurumları arasında dəqiq, qərəzsiz, operativ məlumat bazası kimi etibar qazanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]