DÜNYA
Ankarada Qazaxıstan ədəbiyyatçılarının yaradıcılığına həsr olunan mərasim keçirilib
Ankara, 21 oktyabr, AZƏRTAC
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında “Qazax xalqının üç ulu çinarı” mövzusunda anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim qazax ədəbiyyatının görkəmli şəxsiyyətləri- Saken Seyfullin, İlyas Jansugirov və Beyimbet Maylinin həyat və yaradıcılığına həsr olunub.
Rəsmi hissədə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekulı, Almatı Vilayətinin mədəniyyət idarəsinin müdiri Marlen Kolbayev və Türk Dili Təşkilatının rəhbəri Gürər Gelsevin danışıblar.
Sonra mərasim panellər üzrə davam edib.
Çıxışlarda barələrində bəhs edilən ədəbiyyat korifeylərinin zəngin və mənalı həyat yolundan söz açılıb. Onların qazax ədəbiyyatındakı tarixi fəaliyyətləri yüksək dəyərləndirilib.
Sonda mərasim zəngin bədii proqramla davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara