ELM VƏ TƏHSİL
Aqrar Universitetinin tələbələri “Gilan Holding” MMC-nın müəssisələrində istehsalat təcrübəsi keçirlər
Gəncə, 24 iyul (AZƏRTAC).”Gilan Holding” MMC-nın aqrar məsələlər üzrə məsləhətçisi Roman Frofimov şirkətin bir qrup nümayəndəsi ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetində olub.
AZƏRTAC xəbər verir ki, əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək əlaqələrin bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb. Universitet tələbələrinin istehsalat təcrübələrini “Gilan Holding”in müəssisələrində keçmələrinin müsbət nəticələr verdiyini diqqətə çatdıran rektor bunun məzunların işlə təminatında da böyük əhəmiyyəti olduğunu qeyd edib.
Görüşdə şirkətin layihələrinin həyata keçirilməsində universitet alimlərinin təcrübəsindən istifadə olunması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.