Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARGENTİNA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EDUARDO ALBERTO DUALDEYƏ

Hörmətli cənab Prezident, 

Argentiya Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizi və bütün Argentina xalqını təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Argentina arasında yaranmış dostluq münasibətləri xalqlarımızın yaxınlaşması və faydalı əməkdaşlığı üçün əlverişli zəmin olacaqdır.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sabitlik və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin