Asiyada beynəlxalq ticarət kifayət qədər artıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Əksər Asiya ölkələri sağlam iqtisadi göstəricilər nümayiş etdirir. Çin, Vyetnam, İndoneziya, Kamboca və digərləri son 20 il ərzində nəzərəçarpan dərəcədə böyük müvəffəqiyyətlərə nail olublar.
AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzusunda keçirilən iclasında Hindistanın İnkişafda olan Ölkələr üçün Tədqiqat və İnformasiya Sisteminin dosenti Priyadarşi Daş deyib.
Priyadardi Daş region ölkələrinin pandemiyadan sonra kifayət qədər müqavimətlə qarşılaşdıqlarını, lakin bütün güclərini toplayaraq irəliləməyə çalışdıqlarını deyib.
Onun sözlərinə görə, son illər investisiyalar elektronika, maşınqayırma tekstil sektorlarında inkişaf edir: "Asiyada beynəlxalq ticarət kifayət qədər artıb. Bu isə pozitiv bir siqnaldır, asılılığın aradan qaldırılması deməkdir".
Priyadardi Daş rəqəmsal texnologiyaların istifadəsi və bir çox sahələrdə inkişaf etdirilməsinin nəzərəçarpan dərəcədə xərclərin azaldılmasına gətirib çıxardığını qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:50]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [21:53]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]