Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər sentyabrın 6-da imtahan verəcəklər
Bakı, 31 avqust, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan təşkil edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, həmin gün bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak edə bilməyən şagirdlər də imtahan verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində keçiriləcək.
İmtahanda iştirak edəcək şagirdlər DİM-in internet saytından buraxılış vərəqəsini çap edərək götürə bilərlər.
Buraxılış vərəqəsi ilə yanaşı, şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələrin, əməl edilməli qaydaların və digər zəruri məlumatların əks olunduğu “Yaddaş kitabçası”ndan çıxarış da təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [18:45]
Muzeydə Səməd Vurğun yaradıcılığına həsr olunmuş elmi seminar
- 02.10.2026 [18:31]