SİYASƏT
ASİYANIN XRİSTİAN VƏ MÜSƏLMAN LİDERLƏRİNİN GÖRÜŞÜ
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə bildirilir ki, Filippinin Pasay şəhərində bir sıra Asiya ölkələrinin xristian və müsəlman liderlərinin üçgünlük görüşü başa çatmışdır.
“Asiyada xristian-müsəlman dialoqu vasitəsilə sülh və inkişaf axtarışında” şüarı ilə keçirilən görüşdə müsəlman ilahiyyatçıları və alimləri, habelə katolik və protestant yepiskopları, pastorları və başqa din xadimləri iştirak etmişlər. Görüşə Böyük Britaniya, İsveçrə, Liviya, ABŞ və Vatikandan müşahidəçilər gəlmişlər.
Görüş iştirakçıları dünyada terror aktlarının getdikcə atmasından, istər xristanlar, istərsə də müsəlmanlar tərəfindən ekstremizimin yayılmasından narahat olduqlarını bildirmiş, bütün bu qanlı əməllərin qarşısını almaq üçün, dini etiqadından asılı olmayaraq, hamının birləşməsinin vacibliyini vurğulamışlar.