AŞPA-DA AVROPANIN MÜSƏLMAN İCMALARI İLƏ BAĞLI MƏSƏLƏ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) islam dinini islam fundamentalizmi ideologiyası ilə qarışdırmamağa çağırır.
Aprelin 15-də müzakirə olunan “Avropanın müsəlman icmaları ekstremizmlə üz-üzə” mövzusunda məruzədə bildirilir ki, islam Avropada geniş yayılan ikinci dindir və deməli, Avropa cəmiyyətlərinin ayrılmaz hissəsidir. İslam fundamentalizmi isə siyasi məqsədlər güdən ekstremist ideologiyadır. Onun məqsədi insan hüquqları və demokratik standartlarla bir araya sığmayan cəmiyyət modeli yaratmaqdır.
Yaz sessiyasında təqdim olunan qətnamə layihəsində AŞPA Avropa Şurası ölkələrini bütün sahələrdə ayrı-seçkiliklə fəal mübarizə aparmağa, islamofobiyanı pisləməyə və bu təzahürün qarşısını almağa çağırır. Yaz sessiyasının iştirakçıları Avropanın müsəlman təşkilatlarının liderlərini terrorizmin və ekstremizmin bütün formalarını qəti şəkildə pisləməyə, müsəlman icmalarında Avropa dəyərlərinin yayılmasına kömək etməyə çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]