İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
Bakı, 5 iyun, AZƏRTAC
İtaliyanın müdafiə naziri Quido Krozetto Avropada yeni ümumqitə müdafiə sisteminin qurulmasının vacib olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, Quido Krozetto bu barədə “The New York Times” qəzetinə müsahibəsində deyib. Nazirin təklifinə əsasən, Avropa İttifaqının 27 üzvü, həmçinin Türkiyə, Böyük Britaniya, Norveç və Ukrayna yeni müdafiə alyansı formalaşdırmalıdır.
Təşəbbüs NATO ilə yanaşı, Avropa İttifaqının rəhbərliyi altında yeni kollektiv müdafiə strukturunun qurulması deməkdir.
Ekspertlərin sözlərinə görə, bu, Avropa liderlərinin Ağ Evin ABŞ-nin qitədəki hərbi mövcudluğunu azaltmaq istiqamətində atdığı addımlara ciddi yanaşdığını göstərir.
Quido Krozetto hesab edir ki, Avropanın etibarlı müdafiə siyasəti yalnız Aİ üzvləri ilə məhdudlaşmamalı, ortaq maraqları və məsuliyyəti bölüşən bütün tərəfdaşları əhatə etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]