BƏƏ politoloqu: Bakı və Əbu-Dabi ikitərəfli əməkdaşlığın yeni gündəliyini formalaşdırır
Bakı, 5 iyun, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər getdikcə strateji və institusional xarakter alır, iqtisadiyyat və təhlükəsizlikdən texnologiya və təhsilə qədər geniş sahələri əhatə edir.
BƏƏ politoloqu Salem Alketbi bu fikri AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin aprel ayında Bakıda keçirilən Azərbaycan və BƏƏ arasında Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ikinci iclası bu tendensiyanın mühüm təsdiqi olub.
Ekspert qeyd edib ki, tərəflər uzunmüddətli qarşılıqlı fəaliyyətin davamlı mexanizmlərini hazırlayır və 2025-2029-cu illər üçün birgə yol xəritəsi çərçivəsində konkret layihələr həyata keçirirlər.
O, iki dövlət arasında əməkdaşlığın çoxdan ənənəvi diplomatiyadan kənara çıxdığını və getdikcə daha əhatəli olduğunu vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycan və BƏƏ təkcə ikitərəfli deyil, həm də Yaxın Şərq və Cənubi Qafqazdakı daha geniş proseslər kontekstində vacib tərəfdaşlara çevrilir.
Müəllif - Tamilla Məmmədova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]