AŞPA-nın müşahidəçiləri Lənkəranda seçkilərin gedişini izləyirlər
Lənkəran, 11 aprel, Bağır Əliyev, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyasının üzvləri fransalı senatorlar Kern Claude və Duranton Nikole Lənkəranda seçki prosesini izləyirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 27 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçilər seçki məntəqəsində hər hansı qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.
Beynəlxalq müşahidəçi Duranton Nikole deyib: “Lənkəranda bir neçə məntəqəyə də baş çəkəcəyik. Sonra Bakıya yollanacağıq. Yolboyu digər məntəqələrdə olacağıq. Axşam isə müşahidələrimiz əsasında məlumat verəcəyik. Azərbaycan gözəl ölkədir, insanlarınız isə çox mehribandırlar. Bizi çox gözəl qarşıladılar”.