CƏMİYYƏT
Astarada zərərli vərdişlərin fəsadları ilə bağlı müzakirələr aparılıb
![Astarada zərərli vərdişlərin fəsadları ilə bağlı müzakirələr aparılıb](/files/2014/2/1200x630/14087125111129361_1200x630.jpg)
Astara, 26 iyul (AZƏRTAC). Astara Rayon Mərkəzi Kitabxanasında “Zərərli vərdişlərin fəsadları barədə gənclərin bilik və məlumatlarının artırılması” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “ Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin, Astara Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil, səhiyyə, hüquq mühafizə orqanlarının işçiləri, gənclər iştirak ediblər.
Tədbirdə “ Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Həbibə Qəribovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
“Dəyirmi masa”da çıxış edənlər gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə qarşıda duran vəzifələri ətraflı müzakirə ediblər.
Tədbir iştirakçılarına mövzu ilə bağlı hazırlanmış maarifləndirici bukletlər və köynəklər paylanılıb.