ELM VƏ TƏHSİL
“Atropat-2350” mövzusunda respublika elmi konfransına tezis qəbul olunur
![“Atropat-2350” mövzusunda respublika elmi konfransına tezis qəbul olunur](/files/2022/2/1200x630/16594230106214232174_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun Qədim tarix şöbəsinin təşkilatçılığı ilə dekabrın 22-də “Atropat-2350” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransa göndərilən tezislərin həcmi 300 sözdən artıq olmamalı, elektron variantı noyabrın 25-dək təşkilat komitəsinə, [email protected] ünvanına göndərilməlidir. Tələblərə cavab verməyən tezislər dərc olunmayacaq. Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.
Konfrans haqqında əlavə məlumat və tezislərə dair tələblərlə AMEA-nın saytında tanış olmaq mümkündür.