Azərbaycan Dövlət İnformasiya Agentliyi

Autizm spektr pozuntusu: “Problem diaqnozun düzgün qoyulmamasından başlayır” - ARAŞDIRMA

Autizm spektr pozuntusu: “Problem diaqnozun düzgün qoyulmamasından başlayır” -  ARAŞDIRMA

Bakı, 13 oktyabr, AZƏRTAC

Son illərdə bir çox uşaqlara autizm spektr pozuntusu (ASP) diaqnozu qoyulduğu məlumdur. Ekspertlər bildirir ki, əksər ailələr erkən diaqnoz və erkən müdaxilə proqramlarından məlumatsızdır. Onların fikrincə, xüsusilə də uşaq məktəb yaşına çatdıqda valideynin narahatlığı daha çox artır, övladının cəmiyyətə inteqrasiyası çətinləşir.

AZƏRTAC mövzu ilə bağlı araşdırmanı təqdim edir.

Autizm nədir?

Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova AZƏRTAC-a bildirib ki, autizm uşaqlarda 3 yaşdan əvvəl başlayır. Onun sözlərinə görə, autizm spektr pozuntusu məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir psixi pozuntudur:

“Araşdırmalar göstərir ki, autizm spektrli pozuntuların əmələ gəlməsində irsi faktorlar böyük rol oynayır. Bu hala oğlanlarda qızlarla müqayisədə 4 dəfə çox rast gəlinir. Autizm spektrli pozuntusu olan uşaq həkim, psixopedaqoq, loqoped, psixoloq və valideynin xüsusi diqqətinə ehtiyac duyur”.

Gülnarə Musabəyova uşaq poliklinikalarda həkim psixiatrların autizm spektr pozuntusu olan uşaqlarla məşğul olduğunu söyləyib: “Əgər uşaqda autizmin ilkin əlamətlərinə şübhə varsa, həkimə müraciət edilməlidir. Müayinə əsasında uşağa təlim planı hazırlanır. Bundan sonra psixiatr, psixopedaqoq, loqoped, psixoloq, bədən tərbiyəsi üzrə müəllimin köməyi ilə terapiya başladılır. Autizm ümumi inkişafın pozuntusu olaraq sosial qarşılıqlı fəaliyyət, məhdud maraqlar, kommunikasiya və təkrarlanan hərəkətləri ilə xarakterizə olunur. Autizm spektrli uşaqların güclü tərəfləri istifadə olunmalıdır. Uşaqlarda autizmin olması nə qədər tez aşkarlanarsa, göstərilən yardımlar daha effektiv olacaq”.

Autizm spektr pozuntusu olan uşaqların təhsilə cəlbi

Autizmlə Mübarizə İctimai Birliyinin sədri Çiçək Məmmədli AZƏRTAC-a açıqlamasında autizmli uşaqlarla işləmək baxımından çatışmazlıqların olduğunu söyləyib: “Burada diaqnoz, pedaqoji kadrların düzgün seçilməməsi də rol oynayır. Hazırda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması üçün inklüziv təhsil modeli tətbiq olunur. Ölkəmizdə inklüziv məktəblərə yüngül dərəcəli autizmli uşaqlar yönəldilir. Yüksək autizm simptomları olan uşaqlar inklüziv təhsildən faydalana bilmirlər”.

Çiçək Məmmədli autizm spektr pozuntusu olan uşaqların məktəbəqədər təhsildən kənar qaldıqlarını söyləyib: “Burada problem ilk dövrlərdə diaqnozun düzgün qoyulmamasından başlayır. Mən özüm də autizmli uşağın valideyniyəm. Övladım bağça təhsili ala bilmədi. Ancaq öz yaratdığım imkanlarla uşaqla məşğul olduq”.

Evdə təhsil sistemi barədə də danışan birlik sədri bildirib ki,  bir sıra ölkələrdə bu uşaqlar üçün proqram hazırlanır: “Proqramı mənimsəyənədək uşaq yaşından asılı olmayaraq təhsilinə davam edir.

Bu uşaqlarda normal insanlardan fərqli olaraq əlavə istedad var. Amma bu bacarığın ölməməsi, üzə çıxarılması üçün çalışmaq lazımdır. Xaricdə belə uşaqlardan alimlər yetişir. Lakin laqeyd yanaşdıqda bu uşaqlar dəyərsiz kabus kimi formalaşırlar”.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci bəndinə əsasən, uşaqların xüsusi təhsilə cəlb olunması barədə qərarın qəbul edilməsi yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyasının səlahiyyətindədir: “Qeyd olunanları nəzərə alaraq şagirdin xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi məqsədi ilə yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına müraciət edilməlidir. Bu halda uşaq komissiyanın qərarına əsasən ehtiyacına uyğun olaraq xüsusi təhsilin təşkili formasına (inklüziv sinif, xüsusi sinif və ya evdə təhsil) yönləndiriləcək. Sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyacları əsasında onun təhsil alacağı proqram psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə müəyyənləşir”.

Hazırda 18 ümumtəhsil məktəbində sağlamlıq imkanları məhdud uşaqlar təhsilə cəlb olunub. Bakı şəhəri üzrə isə əqli və fiziki qüsurlu uşaqlar üçün 3, 11, 268 nömrəli xüsusi təhsil məktəbləri fəaliyyət göstərir. Məktəblərdə sağlamlıq imkanları məhdud uşaqlarla işləməyi bacaran müəllimlər var. Xüsusi məktəblərdə saat 13:00-da dərs müddəti bitsə də, 13:00-dan sonra əlavə hazırlıq qrupları fəaliyyət göstərir. Bəzən bu qrupların dərsləri 17:00-qədər davam edir. Valideynlər uşaqlarını 13:00 və ya 17:00-da götürə bilər.

Ölkəmizdə 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var

BMT Dayanıqlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda elm və təhsil nazirinin müavini İdris İsayev hazırda ölkədə 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq olduğunu açıqlamışdı. Nazir müavini onların 90 faizindən çoxunun ümumi təhsil pilləsində təhsillə əhatə olunduğunu bildirmişdi: “Həmin uşaqların 75 faizi heç bir xüsusi şərait yaradılmadan adi ümumi təhsil müəssisələrində təhsil alır. 25 faizi isə xüsusi şəraiti olan müəssisələrdə və evdə təhsillə əhatə olunub. Evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 8 mindən yuxarıdır. 3 mindən çox uşaq isə xüsusi şəraitli müəssisədə oxuyur".

Dövlət tərəfindən görülən tədbirlər

Qeyd etmək lazımdır ki, son illər ərzində bu istiqamətdə dövlət tərəfindən böyük işlər görülüb. Belə ki, Azərbaycanda "İnklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 2005-ci il 3 fevral tarixli, 20 nömrəli qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsili"nin təşkili üzrə inkişaf proqramı təsdiq edilib.

2016-cı ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Lənkəran şəhəri uşaq poliklinikasının nəzdində ilk psixi sağlamlıq bölməsi açılıb. Sonra isə Səhiyyə Nazirliyinin əmrlərinə əsasən başqa regionlarda (Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Quba, Şirvan) analoji bölmələr yaradılıb.

Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ), Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə ilə əməkdaşlığı ilə 2018-2020-ci illərdə əlilliyi olan uşaqların ümumi təhsil müəssisələrində keyfiyyətli təhsil almaq imkanlarını dəstəkləmək məqsədilə Müəllim İnkişafı mərkəzləri yaradılıb. 7 region üzrə (Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki, Ağcabədi və Qazax) seçilmiş 9 məktəbdə yaradılan həmin mərkəzlər müəllimlərin peşəkar inkişafına xidmət göstərib.

Eyni zamanda, Prezident İlham Əliyev “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2017-ci il 14 dekabr tarixində Sərəncam imzalayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib