Azərbaycan Dövlət İnformasiya Agentliyi

Autizmli uşaqlar xəstə deyil, sadəcə, digərlərindən fərqlidirlər

Autizmli uşaqlar xəstə deyil, sadəcə, digərlərindən fərqlidirlər

Bakı, 3 aprel, AZƏRTAC

Bir çox valideynlər üçün övladına autizm diaqnozunun qoyulması faciə kimi qəbul edilir. Onlar övladlarının ömürlük əlil olduğunu düşünürlər. Lakin bu problem nə qədər tez aşkarlansa və müalicəyə başlansa, bir o qədər yaxşı effekt verə bilər. Təəssüf ki, hələ də cəmiyyətdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi haqqında dolğun məlumat yoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının əməkdaşı, uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Ceyhun Məmmədzadə universitetin mətbuat xidmətinə məlumat verib.

- Autizm nədir? Sindromun əlamətləri barəsində nə deyə bilərsiniz?

-Autizm erkən uşaqlıq dövründə müşahidə edilən və aşkarlanması mümkün olan inkişaf pozuntularından biridir. Bu pozuntunun əlamətləri çoxdur. Sindromun aşkarlanması üçün bir çox müəyyən əlamətlər böyük əhəmiyyət kəsb edir. Əsasən pediatr, nevroloq və digər sahə həkimləri tərəfindən bu simptomlar aşkarlanır və uşaq autizm üzrə mütəxəssisə yönləndirilir.

Son zamanlar “autizm spektr pozuntusu” anlayışı da formalaşıb. Qeyd edək ki, ilk dəfə 1943-cü ildə Amerika psixiatrı Leo Kanner yazılarında “autizm sindromu” haqqında məlumatlar verib. O, 11 uşaq üzərində apardığı araşdırmalara əsasən bu sindromu müəyyənləşdirib. Lakin son 50-60 ildə bu pozuntu haqqında anlayış dəyişib. Bu gün “autistik spektr pozuntusu” anlayışı amerikan klassifikasiyasında “DSM” adlandırılan “klassifikasiyanın 5-ci buraxılışında autizm spektr pozuntusu” kimi qeydə alınıb. Belə ki, əvvəllər tipik autizm, atipik autizm, Asperger sindromu, Rett sindromu, dezinteqrativ pozuntu olaraq differensasiya aktual idi. Hazırda isə daha çox spektr olaraq qeydə alınır.

-Hansı konkret əlamətlərə görə autizm sindromunun diaqnozunu qoymaq mümkündür?

-Autizm spektr pozuntusu olduğu üçün uşaqlara xas olan əlamətlər var. Daha qabarıq formada olan pozuntuları valideynlər özləri də görə bilərlər. Uşaqlığın erkən vaxtlarda isə həmin simptomları pediatrlar, nevroloqlar və psixiatrlar müşahidə edə bilərlər. Ümumiyyətlə bu patologiyanın “qırmızı bayraqlar” adlandırılan əlamətlər toplusu var ki, onlar uşaqda müşahidə edilərsə, onda mütəxəssislərdə autizm şübhəsi yarada bilər. Bu zaman uşaqlar mütləq ciddi və mümkün qədər erkən müayinə olunmalıdır.

Sindromun əsas əlamətlərindən biri göz təmasının qurulmamasıdır. Məsələn, uşağın göz kontaktının davamlı və tutarlı olmamasıdır. Digər əlamətlər işarə hərəkətlərinin, yəni qeyri-verbal nitqin inkişafında problem yaranması, uşağın özünə qapalı olması, eyni zamanda, həyəcanını, sevincini və emosional hisslərini bölüşməkdə çətinlik çəkməsi və s. Valideynlər tərəfindən daha çox hiss edilən ilk əlamətlərdən biri isə nitqin inkişaf etməməsidir. Nitq inkişafının geriləməsi və ya nitqin inkişaf etməməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri də autizm spektr pozuntusudur.

-Sindromun diaqnostikası barəsində nə deyə bilərsiniz?

-Son 10 ildə autizm spektr pozuntularının diaqnostikası daha da yaxşılaşıb. Son zamanlar bu sahədə çalışan mütəxəssislərin sayının artması istər xaricdə, istərsə də ölkəmizdə bu sahədə təhsil alanların çoxalması ilə bağlıdır. Azərbaycanda bu mövzuya dair tərcümə olunmuş metodik vəsaitlər az saydadır. Ölkəmizdə müasir diaqnostika üsullarının tətbiqini genişləndirmək zəruridir.

Bu metodlara təkcə uşaq-yeniyetmə psixiatrları deyil, pediatrlar, nevroloqlar, sahə həkimləri də bələd olmalıdırlar. Çünki onlar uşaqları uşaq psixiatrlarından daha tez müayinə edirlər. Xəstəliyin proqnozu məqsədilə aparılan skrininq xəstəliyin 12 aydan 30 aya kimi olan dövründə daha çox tətbiq olunur.

-Autizmli uşaq ən çox nədən əziyyət çəkir?

-Autizmli uşaq ən çox ətraf mühitlə ünsiyyətində çətinlik çəkir. Özünü sosial kommunikasiya, qarşılıqlı münasibətlərin qurulması və stereotip problemə xas təkrarlanan fəaliyyət və davranış modelləridir. Gündəlik fəaliyyətin məhdudlaşdırılması funksionallığın pozulması ilə təzahür edir. Sağlam inkişaf edən uşaqlarda oyun qurmaq kimi bir qabiliyyət olur və onlar təqlidi oyunlar qururlar. Lakin spektr pozuntusu olan uşaqlar oyuncaqlardan da fərqli formada istifadə edirlər. Məsələn, oyuncaq maşını sürmürlər, onları sıraya düzüb, kənardan tamaşa edirlər.

Autizmli uşaqların əziyyət çəkdiyi amillərdən biri də özünü ifadə etməsi ilə bağlıdır. Onlar öz yaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Məsələn: autistik pozuntusu olan uşağı valideyn hər gün eyni yolla bağçaya aparır. Bir gün bu küçədə təmir gedir, valideyn uşağı başqa yolla aparmalıdır. Bu zaman yolun dəyişməsinə uşaqda pis reaksiya ola bilər. Eyni zamanda, belə uşaqlarda davranış və yuxu pozuntularına da rast gəlinir ki, bunlar da uşaqlara kifayət qədər mane olur.

-Müalicə necə aparılmalıdır?

-Əslində, autistik spektr pozuntusunun medikomentoz (dərmanla) müalicəsinin olmadığı məlumdur. Təəssüf ki, buna baxmayaraq, bir çox hallarda bəzi mütəxəssislər uşaqları hansısa dərmanlarla müalicə etməyə çalışırlar. Lakin bu problemin dərmanla müalicəsi yoxdur. Autizm spektr pozuntusunun müalicəsinin əsas metodikası psixopedaqoji reabilitasiyadan ibarətdir. Psixopedaqoqlar, loqopedlər bu uşaqlarla işləməlidirlər. Onu da yaddan çıxarmaq lazım deyil ki, bu uşaqlar xəstə deyil, sadəcə, fərqli uşaqlar hesab olunurlar. Onlar öz yaşıdlarından fərqlənirlər. Buna görə də belə uşaqlara çox həssas yanaşmaq lazımdır. Müalicə nə qədər erkən yaşdan başlanarsa, bir o qədər də faydası çox olar.

-Bu sindrom ilk olaraq hansı yaşda özünü büruzə verir?

- Klassifikasiyaya nəzər salsaq, dünya psixiatriya assosiasiyalarının, dünya uşaq və yeniyetmə psixiatriyası assosiasiyalarının rəyinə əsasən, xəstəliyin 3 yaşında müəyyənləşdirildiyi hesab olunur. Rəsmi olaraq diaqnozun qoyulması 3 yaşında mümkündür. Lakin son zamanlar 2 yaşında da autistik əlamətlər müşahidə olunduqda, artıq müalicəyə başlayırıq. Belə olduqda daha yaxşı nəticə almaq ehtimalımız da artır. Praktikada isə hətta 1-1,5 yaşda da bu xəstəliyi müşahidə etmək mümkündür. Bəzən bu cür tez aşkarlandıqda, artıq bir neçə aylıq reabilitasiyadan sonra biz uşaqda böyük irəliləyişlər müşahidə edirik.

-Doğulacaq körpənin bu sindromun daşıyıcısı olduğunu ana bətnində müəyyən etmək mümkündürmü?

-Təəssüf ki, uşağın autizmli olduğunu ana bətnində müəyyən etmək mümkün deyil. Hazırda autistik spektr pozuntuları ilə bağlı genetik, epgenetik araşdırmalar aparılır. Hətta şübhə doğuran müəyyən genlərin nömrələri də işarələnib. Belə ehtimal olunur ki, bu problem məhz həmin genlərin ekspressiyası nəticəsində yaranır. Lakin bunların hamısı hələlik elmi fərziyyə mərhələsindədir və təsdiq olunmayıb. Hələlik sindromun genetikası ilə bağlı ciddi elmi tədqiqatlar davam edir. Gələcəkdə bu sahədə dəqiq diaqnozun olacağını indidən demək çətindir.

- Bütün bunlara əsasən problemin müalicəsinin olub-olmadığını demək mümkündürmü?

- Autizmin tam müalicə olub-olunmadığını əvvəlcədən proqnoz etmək mümkün deyil. Çünki hər autistik uşaq fərqlidir. Onların reabilitasiyaya nə dərəcədə uyğunlaşmasından çox şey asılıdır. Dünyada “7 gün 24 saat” adlandırdığınız reabilitasiya prinsipi var. Yəni, belə uşaqlar təkcə getdikləri mərkəzlərdə deyil, evlərində də reabilitasiyada olmalıdırlar. Valideynlərə də belə uşaqlarla işləmək öyrədilir.

-Bu problemlə bağlı çoxmu müraciət olunur?

-Müraciətlərin sayı olduqca çoxdur. Valideynlər çox vaxt artıq bir sıra həkimə getdikdən sonra bizim yanımıza gəlirlər. Onların əksəriyyəti bu diaqnozu qəbul etmək istəmir. Azərbaycanda əvvəllər autizm haqqında cəmiyyətin məlumatı az idi. Amma sindrom artdıqca, məlumatlar da çoxaldı.

Autizmdən əziyyət çəkənlərin sayının artması səbəblərini konkret izah etmək çətindir. Bəzi araşdırmalara görə, dünyada hər 88 uşaqdan biri autizmlidir. Əlbəttə ki, bu göstərici hər ölkədə eyni ola bilməz. Lakin rəqəmlər təxminən belədir. Əvvəllər autizm diaqnozu Azərbaycan üçün yad anlayış idi. Lakin belə uşaqların sayı artdıqca, məlumatımız da çoxaldı.

İstənilən halda, insanlar arasında maarifləndirməyə ehtiyac var. Bu işdə mətbuatın da rolu böyükdür. Çünki autizmli uşağa vaxtında və düzgün müdaxilənin olması, müalicənin mümkün qədər tez başlanması olduqca vacibdir. Ən vacibi isə ailələrlə reablitoloqların əlaqəli şəkildə işləməsidir. Lakin bunu unutmayaq ki, autizm diaqnozu hökm deyil.

-Autizm diaqnozu qoyulan uşaqların valideynlərinə nə məsləhət vermək olar?

-Belə valideynlərə demək istərdim ki, diaqnozu eşidib qorxmasınlar. Bu uşaqları xəstə yox, fərqli uşaqlar kimi qəbul etmək lazımdır. Mütəxəssislər isə skrininq üsullarını genişlətməyə çalışmalıdırlar. Bundan əlavə, sindrom haqqında ictimaiyyətin daha çox məlumatlı olmasına, maarifləndirmənin artırılmasına nail olmalıyıq. Çünki bir çox məsələlərdə olduğu kimi, burada da problemlərin əksəriyyəti məlumatsızlıqdan, yaxud yanlış məlumatdan yaranır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil olunub

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür