SİYASƏT
AVROPA İTTİFAQI - AZƏRBAYCAN ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN 10-CU İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 25 sentyabr (AZƏRTAC). Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, sentyabrın 25-də Bakıda Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin 10-cu iclası keçirilmişdir.
İclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Avropa İttifaqı tərəfindən isə Avropa Komissiyasının Xarici Əlaqələr Baş Direktorluğunun Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müdiri Qunnar Viqand həmsədrlik etmişlər.
İclasda Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər, ikitərəfli əməkdaşlığın müxtəlif sahələr üzrə inkişaf perspektivləri müzakirə olunmuş, “Şərq tərəfdaşlığı” proqramına dair fikir mübadiləsi aparılmışdır.