ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
Bakı, 21 may, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığorta sahəsində maarifləndirmə işini həyata keçirir. Agentliyin Marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Baxşəliyeva və həmin şöbənin əməkdaşı Emil Lətifov Əqli Mülkiyyət Agentliyinin kollektivinə təlim keçiblər.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, təlim iştirakçılarına icbari tibbi sığorta haqqında ümumi məlumat, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta haqları, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı və bu kimi mövzular haqqında ətraflı məlumat verilib.
Tədbirin sonunda Əqli Mülkiyyət Agentliyinin əməkdaşlarının mövzuya dair sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [14:57]
“Qərbi Azərbaycana qayıdış” mövzusunda intellektual yarış keçirilib
- 03.06.2024 [14:52]
BDU-da yaz imtahan sessiyası başlanıb
- 03.06.2024 [14:27]
Çinin “Çayne-6” kosmik zondu Ayın görünməyən tərəfinə enib
- 03.06.2024 [13:05]
Rəsədxana: Zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır
- 03.06.2024 [12:58]