Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Avropa Qaz Konfransında Azərbaycanın qaz strategiyasının prioritet istiqamətlərindən bəhs edilmişdir

Avropa Qaz Konfransında Azərbaycanın qaz strategiyasının prioritet istiqamətlərindən bəhs edilmişdir

Vyana, 31 yanvar (AZƏRTAC). Yanvarın 28-dən 30-dək Vyanada Avstriyanın Energetika Nazirliyinin və “Energy Exchange” şirkətinin təşkilatçılığı ilə 7-ci Avropa Qaz Konfransı keçirilmişdir.

Konfransda Avropa İttifaqı (Aİ) ölkələrinin energetika agentliklərinin, aparıcı şirkətlərin rəhbərləri, Transadriatik boru kəməri (TAP), “Şimal axını”, “Cənub axını” kimi mühüm layihələrin rəhbərləri, “Avroqaz” və “Energy Charter” kimi beynəlxalq təşkilatların məsul nümayəndələri, bir sıra ölkələrin, o cümlədən Rusiyanın energetika və neft-qaz sektoru üzrə elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak etmişlər.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, konfransda beynəlxalq qaz bazarındakı son dəyişikliklər, yeni imkanlar və gələcək inkişaf perspektivləri ilə bağlı maraqlı məruzələr dinlənilmişdir.

Konfransı Avstriyanın energetika və iqtisadiyyat nazirinin müavini, nazirliyin energetika departamentinin rəhbəri Xristian Şönbauer giriş sözü ilə açaraq, ölkəsinin energetika sahəsində qazandığı uğurlar və perspektivlər barəsində geniş məruzə ilə çıxış etmişdir.

Avstriyanın OMV şirkətinin idarə heyətinin üzvü Hans-Peter Floren, “Total Gas” şirkətinin prezidenti Filip Soqe, “Statoil” şirkətinin təbii qaz üzrə baş vitse-prezidenti Rune Byornson, “Eni” şirkətinin qaz danışıqları üzrə direktoru Alessandro Della Zoppa və digər şirkətlərin rəhbərləri açılış nitqi söyləmişlər. Çıxışçılar qaz bazarındakı olan son dəyişikliklər, yeni imkanlar və inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirmişlər.

Tədbir çərçivəsində müxtəlif mövzulara həsr olunmuş bir sıra panel iclaslar və müzakirələr keçirilmişdir. Həmin iclaslardan birinin mövzusu Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə Avropanın qazla təchizatı üçün yaradılan yeni energetika infrastrukturu, habelə yeni boruların çəkilməsi və interkonnektorların inkişaf etdirilməsi olmuşdur. ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin direktoru Gülmirzə Cavadov panel iclasda məruzəçi qismində iştirak etmişdir.

G.Cavadov çıxış zamanı bildirmişdir ki, Azərbaycan qazının Avropaya nəqli ilə bağlı TANAP layihəsinin başlanması, “Şahdəniz” konsorsiumu tərəfindən TAP layihəsinin seçilməsi, 2013-cü ilin sentyabr ayında Bakıda Avropa alıcıları ilə Azərbaycan qazının Avropaya satışı üzrə müqavilələrin imzalanması, “Şahdəniz-2” layihəsi üzrə 2013-cü ilin dekabr ayında Bakıda yekun investisiya qərarının (FID) imzalanması uzun illər ərzində aparılan gərgin müzakirələr və danışıqlar nəticəsində “Şahdəniz-2” layihəsinin bütün iştirakçı tərəflər üçün əldə olunan böyük uğurlardır. Bütün bunların “Cənub qaz dəhlizi” kimi tarixi layihənin artıq reallığa çevrildiyinə dəlalət etdiyini vurğulayan məruzəçi Azərbaycan ilə Avropa İttifaqı arasında yeni və uzun müddətli strateji əməkdaşlığın əsasının qoyulduğunu diqqətə çatdırmışdır. Azərbaycanın son illərdə üzərinə götürdüyü bütün öhdəlikləri çox yüksək səviyyədə yerinə yetirdiyini nəzərə çatdıran Gülmirzə Cavadov bu layihənin Azərbaycan və Aİ üçün çox mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Nümayəndəliyin direktoru, həmçinin ona verilən bir sıra, xüsusilə TAP layihəsinin seçilməsi, habelə Azərbaycanın və ARDNŞ-in mümkün əlavə qaz ehtiyatları, əlavə ehtiyatların nəqli istiqamətləri barədə sualları cavablandırmışdır. O, TAP layihəsi ilə bağlı seçimin “Şahdəniz-2” konsortiumunun bütün üzvləri tərəfindən edildiyini və bu qərarın elan edilmiş müvafiq kriteriyalara, xüsusilə də əlverişli kommersiya göstəricilərinə əsasən çıxarıldığını bildirmişdir. Məruzəçi əlavə qaz ehtiyatları və onların nəqli istiqamətlərinə dair sualı cavablandırarkən demişdir ki, alimlərin qiymətləndirmələrinə görə, Azərbaycan 2025-ci illərdə təxminən 50 milyard kubmetr təbii qaz ixracı səviyyəsinə çata biləcəkdir. İstiqamətə gəlincə isə, bu məsələdə Azərbaycan üçün prioritet kommersiya baxımından daha əlverişli layihə və nəqliyyatın tam diversifikasiya olunmasıdır. O, tədbir iştirakçılarının diqqətinə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Avropanın enerji xəritəsini dəyişdirəcək layihə” kimi səciyyələndirilən “Şahdəniz-2” layihəsinin həm Azərbaycan, həm də bütün bölgə ölkələri üçün yeni imkanlar yaratdığını, Azərbaycan qazının Avropaya ixracının təkcə bu layihə ilə məhdudlaşmayacağını və ölkəmizin 2 trilyon kubmetrdən çox təsdiq edilmiş qaz ehtiyatlarına malik olduğunu çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan üçün gələcəkdə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya da çox mühüm istiqamət olaraq qalır və ARDNŞ-in prezidenti R.Abdullayev bununla bağlı mövqeyini bildirmişdir.

“Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrində hüquqi məsləhətçi qismində iştirak edən Riçard Tayler panelə sədrlik etmişdir. TAP boru kəməri layihəsinin məsul nümayəndəsi Liza Givert və İtaliyanın qaz infrastrukturunun aparıcı operatorlarından olan “SNAM” şirkətinin biznes inkişafı üzrə direktoru Andrea Steqher paneldə çıxış edərək TAP layihəsinin Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün yaratdığı imkanlar və perspektivlər barədə danışmışlar. Eyni zamanda paneldə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Gülmira Rzayeva da çıxış etmişdir.

ARDNŞ-in Avstriyadakı nümayəndəliyinin rəhbəri Gülmirzə Cavadov tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir