AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİ BAKIYA GƏLMİŞDİR
İyulun 15-də Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun baş nazirinin müavini və xarici işlər naziri xanım Lidi Polfer Bakıya gəlmişdir.
Binə hava limanında xanım Polferi xarici işlər naziri Vilayət Quliyev, digər rəsmi şəxslər qarşılamışlar.
İkigünlük səfər zamanı Avropa Şurası Nazirlər Komitəsinin sədirini Azərbaycan Prezidenti Heydər Əliyev qəbul edəcəkdir. Xanım Polfer Milli Məclisin, respublikamızın bir sıra nazirlik və baş idarələrinin rəhbərləri ilə də görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]