İDMAN
Avropanın ən sərrast oxatanları reytinq mərhələsində mübarizəyə qoşulublar
![](/files/galleryphoto/2015/2/1200x630/14344711382249732528_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711384174615173_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711383188010651_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711383439450288_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434471138291842388_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711386216659460_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434471138344461667_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711383772551034_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711383745743491_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434471138368958046_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711384475631826_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711381779664367_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711384739038328_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434471138676711172_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711384738752659_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344711382014357644_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434471138304119685_1200x630.jpg)
Bakı, 16 iyun, C.Rüstəmov, S.İsgəndərova, AZƏRTAC
İyunun 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Bakı-2015” birinci Avropa Oyunlarının kamandan oxatma yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda 39 ölkədən 64-ü qadın və 62-si kişi olmaqla 126 idmançı iştirak edir.
Kişilər arasında fərdi reytinq mərhələsində Mauro Nespoli (İtaliya) 683 xalla birinci olub. Sonrakı yerləri Rik Van Der Ven (679 xal, Niderland), Syef Berq Van Den (678 xal, Niderland), Georgi İvantiskiy (677 xal, Ukrayna), Florian Kahlund (674 xal, Almaniya), Pierre Plihon (673 xal, Fransa), Anton Prilepov (673 xal, Belarus), Lukas Daniel (672 xal, Fransa), Pavel Dalidoviç (671 xal, Belarus), Laşa Pxakadze (669 xal, Gürcüstan) tutublar.
Azərbaycanlı oxatanlar Taras Senyuk 643, Aleksey Kopnin 636, Roman Vengerov 614 xalla müvafiq olaraq 45, 50, 57-ci yerlərdə qərarlaşıblar.
Komanda çoxnövçülüyündə isə ilk onluğa Hollandiya (2012 xal), Belarus (2004 xal), Fransa (2003 xal), Ukrayna (2003 xal), İtaliya (1999 xal), Almaniya (1985 xal), İspaniya (1975 xal), Rusiya (1970 xal), Polşa (1960 xal) və Türkiyə (1952 xal) daxil olublar. Azərbaycan komandası 1893 xalla 12-ci yeri tutub.
Qadınların mübarizəsində isə Liza Unruh (Almaniya) 662 xalla fərdi reytinq mərhələsinin birincisi olub. Sonrakı yerlərdə Maya Yaqer (657 xal, Danimarka), Natalia Valeeva (653 xal, İtaliya), Xatuna Nərimanzadə (653 xal, Gürcüstan), Kristina Timofeyeva (650 xal, Rusiya), Guendalina Sartori (648 xal, İtaliya), İnna Stepanova (647 xal, Rusiya), Nataliya Yerdniyeva (647 xal, Rusiya), Karina Vinter (646 xal, Almaniya), Lidiya Sıçenikova (644 xal, Ukrayna) qərarlaşıblar. Təmsilçilərimizdən Olqa Senyuk 627, Nurlana Vəliyeva 586, Yaylagül Ramazanova 582 xalla müvafiq olaraq, 34, 60 və 61-ci yerləri tutublar.
Komanda çoxnövçülüyü üzrə reytinq mərhələsində isə qadın komandaların ilk onluğunda Almaniya (1952 xal), Rusiya (1944 xal), İtaliya (1938 xal), Ukrayna (1917 xal), Gürcüstan (1916 xal), Danimarka (1907 xal), Fransa (1898 xal), İspaniya (1888 xal), Belarus (1887 xal) və Türkiyə (1886 xal) yer alıb. Azərbaycan yığması isə 1795 xalla 16-cı yeri tutub.
Atışların nəticəsinə əsasən, qarışıq komanda çoxnövçülüyü üzrə reytinq mərhələsində sıralama aşağıdakı kimidir:
1. Natalia Valeeva - Mauro Nespoli (İtaliya) - 1336 xal;
2. Liza Unruh - Florian Kahllund (Almaniya) - 1336 xal;
3. Xatuna Nərimanzadə - Laşa Pkhakadze (Gürcüstan) - 1322 xal;
4. Lidiya Sıçenikova - Georgi İvantiskiy (Ukrayna) - 1321 xal;
5. Kristina Timofeyeva - Bair Tsibekdorjiyev (Rusiya) - 1314 xal;
6. Laura Ruggieri - Pierre Plihon (Fransa) - 1313 xal;
7. Yasəmin Ecem Anagöz - Yagiz Yılmaz (Türkiyə) - 1310 xal;
8. Şireen-Zoe De Vries - Rik Van Der Ven (Hollandiya) - 1309 xal;
9. Maya Yaqer - Johan Veiss (Danimarka) - 1308 xal;
10. Hanna Marusova - Anton Prilepov (Belarus) - 1308 xal.
Azərbaycan idmançıları Olqa Senyuk - Taras Senyuk cütlüyü qarışıq komanda çoxnövçülüyünün reytinq mərhələsində 1270 xalla 19-cu yerdə qərarlaşıb.
“Bakı-2015”-in kamandan oxatma yarışları iyunun 17-də davam edəcək.
Qeyd edək ki, Avropanın ən sərrast oxatanları iyunun 22-dək medallar uğrunda mübarizə aparacaqlar.