Avrozonada vahid büdcə tətbiq olunacaq
Vyana, 15 iyun, AZƏRTAC
Avropa İttifaqında (Aİ) milli valyutası avro olan dövlətlərin maliyyə nazirləri Avrozonada vahid büdcənin tətbiq edilməsinə dair əsas məqamlar barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, Avroqrupun Lüksemburqda keçirilmiş iclasında Avropa Sabitlik Mexanizminin gücləndirilməsi barədə də qərar qəbul edilib. Fransanın maliyyə naziri iclasdan sonra verdiyi açıqlamada bildirib ki, vahid büdcənin həcmi və maliyyə mənbələri hələ müəyyən olunmasa da, ümumilikdə belə bir qərarın qəbulu irəliyə doğru mühüm addımdır.
Fransanın əsas təşəbbüskar kimi çıxış etdiyi Avrozonada vahid büdcə ideyasının məqsədi üzv ölkələri daha da yaxınlaşdırmaq və onların rəqabət gücünü artırmaqdır. Üzv ölkələrin hökumətləri gələcəkdə konkret islahat layihələrini həyata keçirmək üçün həmin büdcədən vəsait ala biləcəklər.
Fransa Prezidenti Emmanuel Makron vahid avro büdcəsinin bir neçə yüz milyard avrodan təşkil olunmasını təklif etsə də, ilkin mərhələdə (2021-2027-ci illər maliyyə dövrü) bu büdcənin 17 milyard avrodan ibarət olacağı gözlənilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:14]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:06]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [13:27]
PUA hücumu nəticəsində Livan generalı ölüb
- 06.06.2026 [12:53]
Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]