İQTİSADİYYAT
Aydın Əliyev: Dünyadakı iqtisadi böhran şəraitində gömrük orqanlarının əsas vəzifələrindən biri iqtisadi təhlükəsizliyin təmin edilməsidir
Bakı, 28 yanvar (AZƏRTAC). Dünyadakı iqtisadi böhran şəraitində gömrük orqanlarının üzərinə düşən əsas vəzifə iqtisadi və dövlət təhlükəsizliyinin təmin edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev jurnalistlərə açıqlamasında demişdir.
Komitə sədri vurğulamışdır ki, hələ bir neçə il əvvəl Dünya Gömrük Təşkilatı gömrük işi ilə bağlı çərçivə standartları qəbul etmişdir. Bu standartlarda gələcəkdə baş verə biləcək böhranla bağlı proseslər də əksini tapmışdır.
Böhran şəraitində ticarət dövriyyəsi və istehsal aşağı düşür. Ona görə də gömrük orqanları idxal-ixrac prosedurlarının maksimum sadələşdirilməsinə çalışmalıdırlar.