AZAL yay uçuş cədvəli çərçivəsində üç yeni istiqamət açır
Bakı, 19 aprel, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) yay uçuş cədvəli çərçivəsində marşrut şəbəkəsində üç yeni istiqamətə - Səudiyyə Ərəbistanının Dammam və Ər-Riyad şəhərləri (iyunun 15-dən sentyabrın 1-dək), eləcə də Monteneqronun populyar kurortu olan Tivata (iyulun 5-dən sentyabrın 15-dək) birbaşa reyslər yerinə yetirəcək.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyslər komfortlu “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək.
Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kiloqrama kimi) və soyuq və isti yeməklərin tam çeşidi daxildir. Aviabiletləri AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində https://www.azal.az/az/information/sales-offices bronlaşdırmaq və əldə etmək mümkündür. Yaxın zamanda yeni istiqamətlərə aviabiletləri www.azal.az saytında da əldə etmək mümkün olacaq.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880) telefon nömrələri və [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.