SİYASƏT
Azərbaycan ABŞ üçün mühüm və uzunmüddətli tərəfdaşdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Azərbaycan böyük və nəhəng potensiala malik olan dövlətdir. ABŞ bu potensialı inkişaf etdirməkdə israrlıdır. Çünki Azərbaycan ABŞ üçün mühüm və uzunmüddətli tərəfdaşdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin müavini Uilyam Börns demişdir.
Bakıda olmaqdan məmnunluğunu ifadə edən U.Börns Azərbaycana ikinci dəfə səfər etdiyini qeyd etmişdir. Dövlət katibinin müavini vurğulamışdır ki, Azərbaycana səfərinin məqsədi ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə etməkdir. Səfər çərçivəsində keçirilən görüşlərdə enerji məsələləri və demokratik islahatlarla bağlı geniş fikir mübadiləsi aparılmışdır.
U.Börns bildirmişdir ki, ABŞ Azərbaycan ilə ekstremizmə qarşı mübarizə və enerji marşrutlarının şaxələndirilməsi sahələrində əməkdaşlığı davam etdirməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [20:09]
Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
- 20.05.2024 [17:09]
Mehmet Yüce: Türk dünyasının çox böyük və önəmli iqtisadi potensialı var
- 20.05.2024 [15:42]
Azərbaycan və Türkiyənin ombudsmanları Lefkoşaya səfər edəcəklər
- 20.05.2024 [15:31]
Cavid Vəliyev: Hazırda Türk Dövlətləri Təşkilatının önəmi artmaqdadır
- 20.05.2024 [15:20]