İQTİSADİYYAT
Azərbaycan bankları energetik effektivliyin artırılması sahəsində layihələri maliyyələşdirməyə hazır olduqlarını bildirirlər
Bakı, 22 iyun (AZƏRTAC). Azərbaycan bankları yaxın vaxtlarda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin Beynəlxalq Maliyyə Korporasiyası (BMK) tərəfindən energetik effektivlik səviyyəsinin artırılması üzrə layihələrin, xüsusən kiçik və orta sahibkarlıq sahəsində layihələrin maliyyələşdirilməsi üsullarını faktiki olaraq tətbiq edirlər.
AZƏRTAC AYİB-ə istinadla xəbər verir ki, energetik effektivliyin artırılması üçün kiçik və orta sahibkarlıq səviyyəsində kreditlər verilməsi faktiki olaraq tətbiq edilir. Bu gün AYİB “ağıllı ev” tikintisini maliyyələşdirə bilər. Məsələn, Azərbaycan Dövlət Neft Fondu özünün yeni iqamətgahının tikintisində bu üsulu tətbiq edir. Yeni bank məhsullarının işlənib hazırlanması üçün banklardan alternativ energetika sistemləri tətbiq edilməsi üzrə kreditlər də tələb olunur. Azərbaycanda bu cür bank məhsulları BMK-nın köməyi ilə “Bank Respublika” və AYİB-in dəstəyi ilə “AccessBank” bankları tərəfindən hazırlanacaqdır.