İDMAN
Azərbaycan çempionunun son uğurları bizi sevindirir
AZƏRTAC xəbər verir ki, hər iki şahmatçı mətbuat konfransında bu gün Avroliqanın növbəti turu çərçivəsində “İnter”in qonağı olacaq Azərbaycan çempionu “Qarabağ”ın oyunu barədə danışıb.
Teymur Rəcəbov gələcəkdə futbol üzrə Azərbaycan millisinin də güclü nəticələr qazanacağına inandığını deyib. Bildirib ki, biz hər zaman idmançılarımızla təmasdayıq. Azərbaycan bayrağını yüksəldən hər bir idmançımızla fəxr edirik. Futbol klublarımızın uğuru gələcəkdə millimizi də gücləndirəcək. 10 il əvvəl kim deyərdi ki, şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olacaq. Klublarımızın uğuru gələcəkdə milliyə də təsir edəcək.
Şəhriyar Məmmədyarov isə “Qarabağ”ın oyununa baxmağa çalışacağını deyib. Qeyd edib ki, Azərbaycan çempionunun son uğurları bizi sevindirir. Avrokuboklarda bütün oyunları izləyirəm. Hər bir klubumuza dəstək oluram. İtaliyada oyun çətin keçəcək. “Neftçi” o vaxt 2:2 oynayanda son oyun olduğu üçün rəqibdə motivasiya az idi. Bu dəfə isə əsas futbolçular mübarizə aparacaq. Qoy komandamız istədiyimiz kimi oynasın, nəticəni biz başa düşərik. Axşam çalışacağam həmin oyunu televiziya vasitəsilə izləyim.