İDMAN
Azərbaycan cüdoçusu Orxan Səfərov birinci Avropa Oyunlarında gümüş medalla kifayətlənməli olub
![](/files/galleryphoto/2015/2/1200x630/14352520395985558060_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143525203915732676_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520393109219259_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520395157160538_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520393671045041_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520396440115056_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520392038340019_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435252039398916581_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391268914014_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391099738539_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435252039524943263_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391190320997_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435252039198944338_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520394647140616_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520393330450132_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391065222455_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391227523875_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520395158448074_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520394878864591_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520392831412605_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435252039314436886_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391491852791_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520393519633246_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520396262346757_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520396452514262_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435252039828214392_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14352520391755738632_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1435252039405446728_1200x630.jpg)
Bakı, 25 iyun, Səxavət Quliyev, AZƏRTAC
İyunun 25-də birinci Avropa Oyunlarında cüdo yarışları başlayıb.
AZƏRTAC xəbər verir ki, yarışların ilk günündə kişilər arasında 60, 66, qadınların mübarizəsində isə 48, 52 və 57 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxıblar.
Yarışda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov ilk görüşündə Belarusu təmsil edən həmyerlimiz Arif Bağırovu məğlub edib. İsveçrə təmsilçisi, Avropa çempionatının bürünc mükafatçısı Ludovik Çammarti və ispaniyalı Fransisko Qarriqosa qalib gələn O.Səfərov finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rusiyalı Beslan Mudranova məğlub olan Orxan birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənib. Ludovik Çammarti və dünya çempionatının bürünc medalçısı, gürcüstanlı Amiran Papinaşvili “Bakı-2015”-in bürünc medallarına layiq görülüblər.
Kişilər arasında 66 kiloqram çəki dərəcəsində yarışlarda həlledici görüşdə Rusiya idmançısı Kamal Xan-Maqomedov fransalı Loik Korvala qalib gələrək qızıl medala sahib olub. Ötən il Çelyabinskdə təşkil olunan dünya çempionatının gümüş medalçısı, Rusiya idmançısı Mixail Pulyayev və almaniyalı Sebastian Seidl fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində finalda belçikalı Çarlin Van Snik və türkiyəli Ebru Şahin üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Düsseldorf Qran-pri yarışlarının qalibi Çarlin Van Sink birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Ötən il Avropa çempionu Yeva Çernoviçki (Macarıstan) və “Samsun-2014” Qran-pri yarışlarının qalibi, rusiyalı İrina Dolqova yarışı bürünc medallarla başa vurublar.
Qadınların yarışında 52 kiloqram çəki dərəcəsində həlledici görüşdə Avropa çempionatının gümüş mükafatçısı, rumıniyalı Andrea Çitu və ötən il Bakıda təşkil olunan “Böyük dəbilqə” turnirinin qalibi fransalı Annabella Eurine üz-üzə gəliblər. Rumıniya təmsilçisi qalib gələrək birinci Avropa Oyunlarının çempionu adını qazanıb. Almaniyalı Marin Kreh və “World Masters” turnirinin qalibi rusiyalı Nataliya Kuziutina “Bakı-2015”-in bürünc medallarına sahib olublar.
Yarışda qadın cüdoçuların 57 kiloqram çəki dərəcəsində mübarizəsində dünya çempionatının gümüş medalçısı, portuqaliyalı Telma Monteiro qızıl, macarıstanlı Hedviq Karakas gümüş, kosovalı Nora Qjakova və Almaniya cüdoçusu Miryam Roper bürünc medallar qazanıblar.
Qeyd edək ki, cüdo üzrə Avropa çempionatı birinci Avropa Oyunları çərçivəsində keçirilir. Yarışda mükafatçılar sırasında yer alan cüdoçulara birinci Avropa Oyunları ilə yanaşı, qitə çempionatının da medalları təqdim olunur.