Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan dinlər və mədəniyyətlərarası dialoqa daha çox önəm verir

Strasburq, 28 yanvar (AZƏRTAC). Yanvarın 27-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında gündəliyə təcili məsələ kimi salınmış “Yaxın Şərqdə xristianlara qarşı təhdid” mövzusu ətrafında müzakirələr aparılmışdır. Azərbaycanlı deputatlar müzakirələr zamanı çıxış edərək bu məsələdə Azərbaycanın mövqeyini açıqlamışlar.

Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxışında dinlər və mədəniyyətlərarası dialoqla bağlı Heydər Əliyev Fondunun gördüyü böyük işləri sessiya iştirakçılarının diqqətinə çatdıraraq demişdir: Biz dinlər və mədəniyyətlərarası dialoqun daha da genişləndirilməsi üçün çox çalışmalıyıq. Mən öz ölkəmin bu sahədə apardığı işlər barəsində məlumat vermək istəyirəm.

Azərbaycan Şərqlə Qərb arasında bir körpü olaraq bu məsələyə mühüm diqqət verir. Buna görə də Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər arasında çox gözəl münasibət vardır. Təbii ki, bu da xalqımızın və dövlətimizin gələcəyi baxımından çox önəmlidir. Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, sovetlər dövründə kommunist rejimi tərəfindən dağıdılmış kilsələr, məscidlər, sinaqoqlar Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən tikilərək və yaxud bərpa edilərək xristian və yəhudi icmalarının istifadəsinə verilmişdir. Ölkəmiz bu sahədə ciddi işlər görmüşdür. Vurğulayıram ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə, etnik təmizləmə siyasəti aparmasına, bir milyon azərbaycanlını doğma yurdlarından didərgin salmasına, minlərlə azərbaycanlını vaxtilə Azərbaycanın torpaqları olmuş Ermənistandan qovmasına baxmayaraq, bütün dinlərə və mədəniyyətlərə tolerantlıq göstərən Azərbaycan xalqı Bakıdakı erməni kilsəsinə toxunmamışdır. Bu gün Azərbaycanda qarışıq nigaha görə minlərlə erməni yaşayır. Təəssüf ki, biz eyni vəziyyəti Avropa Şurasının üzvü olan Ermənistanda görə bilmirik. Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində xalqımızın tarixlər boyu qurub yaratdığı abidələri, məscidləri, mədəniyyət ocaqlarını dağıtmış və barbar hərəkətlərini bu gün də davam etdirir. İstər Avropa Şurasının üzvü olan dövlətlərin daxilində, istərsə də dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində daha çox işlər görülməlidir. Bu sahədə böyük təcrübəsi olan Azərbaycanı misal gətirmək istəyirəm. Bizim ölkədə həm dövlət, həm də Heydər Əliyev Fondu tərəfindən dinlər və mədəniyyətlərarası dialoq sahəsində çoxlu sayda tədbirlər keçirilir. Bu tədbirlər sadəcə Azərbaycan daxilində, Azərbaycan əhalisinə yönələn tədbirlər deyil, beynəlxalq miqyası əhatə edir. Azərbaycan dövləti və Heydər Əliyev Fondu bir çox irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bu sahədə bir model olaraq digər ölkələrə örnək ola bilər.

Biz Avropa Şurasının üzv ölkələrini dinə və mədəniyyətlərə münasibətdə gələcəkdə xoşagəlməz hallara yol verməmək üçün Azərbaycandan nümunə götürməyə çağırırıq.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Aydın Abbasov müzakirə olunan mövzuya münasibəti aşağıdakı sözlərlə ifadə etmişdir: Ötən illərin iqtisadi, ekoloji və demoqrafik problemlərinə baxmayaraq, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamaları sahəsində Azərbaycan nadir bir dövlətdir. Müxtəlif millətlərin nümayəndələrinin mehriban və dostluq şəraitində yaşadıqları Azərbaycanda bütün dinlərə, dillərə və mədəniyyətlərə xüsusi qayğı göstərilir, hökumət tərəfindən onlara dinlərini və mədəniyyətlərini inkişaf etdirmək üçün hər cür kömək göstərilir. Azərbaycanın bu sahədəki tolerantlığı digər ölkələr üçün əsl nümunədir. Bu fikri ölkəmizə səfər etmiş görkəmli siyasi xadimlər də dəfələrlə etiraf etmişlər.

Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bu fakt özlüyündə Azərbaycanın 10 il ərzində Avropa Şurasının tamhüquqlu, eyni zamanda İslam Konfransı Təşkilatının üzvü olması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

1999-cu ildən etibarən Azərbaycanda tolerantlıq günü təntənəli şəkildə qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə xalqımızla dostluq şəraitində yaşayan bütün dini icmaların nümayəndələrini milli bayramları münasibətilə hər il təbrik edir. Bu, öz növbəsində Azərbaycanın bütün dinlərə münasibətdə tolerantlıq göstərdiyinə bir daha bariz nümunədir.

Biz fərqli dini təriqətlər arasında birgə tədbirlərin təşkili istiqamətində bütün səylərimizi işə salmalı, insanlar və dinlər arasında qarşıdurma yaratmamalı, əksinə belə təzahürlərə qarşı ciddi mübarizə aparmalıyıq.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir