İDMAN
Azərbaycan güləşçisi Anjela Doroqan birinci Avropa Oyunlarının qızıl medalına sahib olub
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954842260924_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774956447455868_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774955088247515_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774956479156167_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774953579540755_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954444448570_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774953148860194_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954620252334_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774951403347029_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774955248618784_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954109031911_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434477495159688544_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774951853554470_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954195318331_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954646354005_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774951480535238_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774951474925497_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774955024018951_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774954033957254_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774951675626386_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434477495770626794_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/143447749510461868_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774953072648815_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434477495781644044_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774951081737295_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774953817810921_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14344774952125353268_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434477495448238294_1200x630.jpg)
Bakı, 16 iyun, Rəşad İsmayılov, AZƏRTAC
İyunun 16-da “Bakı-2015” birinci Avropa Oyunlarının güləş yarışlarında qadınların mübarizəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, güləş yarışlarının dördüncü günündə 53, 58, 63 və 75 kiloqram çəki dərəcəsində qadın atletlər mübarizə aparıblar.
Yarışda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Anjela Doroqan finaladək inamla irəliləyib. O, əvvəlcə türkiyəli Merve Kenger, ardınca isə macarıstanlı Mersedes Denes və moldovalı Natalia Budu üzərində inamlı qələbə qazanıb. Həlledici görüşdə onun rəqibi Polşadan Roksana Zasina olub. Gərgin keçən görüş təmsilçimizin üstünlüyü ilə başa çatıb və Anjela Doroqan Avropa Oyunlarının qızıl medalına sahib olub.
Macarıstanlı Emese Barka 58 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə üstün gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı Tatyana Lavrençuk gümüş, türkiyəli Elif Jale Yeşilırmak və Norveç təmsilçisi Qreys Bullen bürünc medallara sahib olublar.
Yarışda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan rusiyalı Valeriya Lazinskaya finalda Ukrayna idmançısı Yuliya Tkaçı məğlub edib. Belaruslu Mariya Mamaşuk və Latviya təmsilçisi Anastasiya Qriqoryeva yarışı üçüncü pillədə başa vurublar.
Belarus idmançısı Vasilisa Marzalyuk (75 kq) birinci Avropa Oyunlarının qızıl medalına sahib olub. Rusiyalı Yekaterina Bukina ikinci, İspaniya güləşçisi Maider Unda Qonzales de Audikana və moldovalı Svetlana Saenko üçüncü pillədə qərarlaşıblar.
Beləliklə, Azərbaycanın qadın güləşçiləri birinci Avropa Oyunlarını 2 qızıl və 1 bürünc medalla başa vurublar.