SİYASƏT
AZƏRBAYCAN KONSTİTUSİYASINA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ MƏQSƏDİ İLƏ 2002-Cİ İL AVQUSTUN 24-DƏ AZƏRBAYCAN RESPUBLİKASINDA KEÇİRİLMİŞ REFERENDUMUN NƏTİCƏLƏRİ HAQQINDA BİR SIRA DÖVLƏTLƏRİN PARLAMENTLƏRİNDƏN OLAN BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİN BƏYANATI
Biz, bir sıra dövlətlərin parlamentlərinin nümayəndələri Azərbaycanda referendumun hazırlanması və keçirilməsi üzrə beynəlxalq müşahidədə iştirak etdik. Referendum günü dairə və məntəqə komissiyalarında olarkən gördüklərimiz belə deməyə əsas verir ki, referendumun hamılıqla tanınmış, o cümlədən 1990-cı il Kopenhagen sənədində, ATƏT-in İstanbul zirvə görüşünün bəyannaməsində, Yeni Avropa üçün Xartiyada təsbit olunmuş beynəlxalq standartlara tam müvafiq surətdə keçirilməsi üçün respublikada zəruri tədbirlər görülmüşdür.
Çoxsaylı müşahidəçilərin dəvət olunması və iştirakı Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri yerinə yetirdiyini təsdiq edir.
Referendumun gedişini müşahidə edərkən bizə Azərbaycanın seçki qanunvericiliyinin normativ aktlarını öyrənməyə imkan verilmişdir. Biz ümumxalq səsverməsinin bütün hazırlıq mərhələləri ilə, o cümlədən səsverməyə yekun vurulması ilə tam tanış ola bildik, səslərin hesablanmasında iştirak etdik.
Mərkəzi Seçki Komissiyası, ərazi komissiyaları bütün texniki və təşkilati məsələlərin həllində bizə vaxtında və tam yardım göstərirdilər.
Müşahidəmizin təhlili belə qənaətə gəlməyə imkan verir ki, səsvermə sərbəst, açıq keçmiş, bütün universal demokratik prinsiplərə riayət edilmişdir. Ümumxalq səsverməsi inkişaf etmiş demokratik informasiya məkanında keçmişdir. Referendumun gedişini işıqlandırmaq üçün jurnalistlərə hər cür şərait yaradılmışdır.
Biz Azərbaycan Respublikasında referendumun gedişini legitim kimi qiymətləndirir və bunu bəyan edirik.
Azər Süleymanov
Gürcüstan parlamentinin deputatı