AZƏRBAYCAN NÜMAYƏNDƏSİ QAZAXISTAN MİLLİ POÇTUNUN YUBİLEY TƏDBİRLƏRİNDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsinin (DM) nümayəndəsi Novruz Qalayev Astana şəhərində Qazaxıstan milli poçtunun yaranmasının 15 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak etmişdir.
Tədbir zamanı Azərbaycan Poçt Administrasiyası adından Qazaxıstan milli poçtunun rəhbərliyinə hədiyyə təqdim olunmuş və “Azərpoçt” DM-in təbrik məktubu oxunmuşdur.