Azərbaycan Özbəkistanda bank və “fintech” sahəsində beynəlxalq forumda təmsil olunacaq
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 12–13-də Daşkənddə 4-cü Beynəlxalq “PLUS Forum Digital Uzbekistan” forumu keçiriləcək.
Tədbirin təşkilatçıları AZƏRTAC-a bildiriblər ki, Azərbaycan beynəlxalq forumda təmsil olunacaq. Mərkəzi Asiyada ən böyük forumlardan birində dövlət strukturları, bank və ticarət sektorunun qarşılıqlı əlaqəsi, bankçılıq və maliyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlığın təşviqi, eləcə də beynəlxalq layihələr də daxil olmaqla, yeni perspektiv layihələrin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.
Tədbir Özbəkistan Mərkəzi Bankı, Milli Perspektiv Layihələr Agentliyi və Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin təşkilati dəstəyi ilə keçiriləcək.
Forumun əsas mövzuları arasında - eGOV, elektron hökumətdən rəqəmsal cəmiyyətə qədər, rəqəmsal bankçılıq və maliyyə texnologiyaları, İslam maliyyələşdirilməsi, CBDC, kriptovalyutalar, blokçeyn, rəqəmsal xidmətlər, e-Commerce və oflayn-riteyl, informasiya təhlükəsizliyi və başqaları var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]