RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV XANLAR RAYONUNA GƏLMİŞDİR
XANLAR ŞƏHƏRİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Xanlar rayonuna gəlmişdir.
Rayonun minlərlə sakini dövlətimizin başçısını böyük hörmət və ehtiramla, hərarətli alqışlarla qarşıladı.
Əvvəlcə rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsinin açılışı oldu. Prezident İlham Əliyev heykəlin üzərindən ağ örtüyü götürdü, abidənin önünə gül dəstəsi qoydu. Postamentlə birlikdə hündürlüyü 9,5 metr olan heykəl qranitdən hazırlanmışdır. Ətrafdakı 3 hektar ərazi də abadlaşdırılmış, istirahət üçün gözəl şərait yaradılmışdır. Burada gül kolları əkilmiş, yaraşıqlı fəvvarələr quraşdırılmış, daş plitələr döşənmişdir. Sonra burada abidənin açılışı münasibətilə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təntənəli mərasim keçirildi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra rayon ağsaqqalı Umud Tanrıverdiyev çıxış etdi.
######