RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının şərəfinə nahar verilmişdir
![Azərbaycan Prezidenti İlham Əliyevin adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının şərəfinə nahar verilmişdir](/files/2013/3/1200x630/14071448853415347068_1200x630.jpg)
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun Yüksək Səviyyəli Hazırlıq Görüşünün iştirakçılarının - Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanın, Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanovun, Boliviyanın keçmiş Prezidenti Corc Quiroqanın, Mavrikiyanın sabiq Prezidenti Cassam Uteemin, Şri-Lankanın keçmiş Prezidenti Çandrika Kumaratunqanın, Madrid Klubunun prezidenti, Niderlandın keçmiş Baş naziri Vim Kokun, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin və digər iştirakçıların şərəfinə nahar verilmişdir.