Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən Sloveniyaya ilk dəfə rəsmi səfər edirəm və biz ikitərəfli münasibətlərin inkişafına çox böyük əhəmiyyət veririk. Bu gün keçirdiyimiz danışıqlar bir daha onu göstərdi ki, aramızda olan əlaqələr çox sürətlə inkişaf edir və əminəm ki, bu səfərdən sonra əlaqələrin inkişafı daha da geniş olacaqdır. Eyni zamanda, hörmətli cənab Prezident, bu fürsətdən istifadə edib Sizi, münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini müzakirə etdik. Müzakirələr onu göstərir ki, bizim aramızda çox uğurlu əməkdaşlığın davam etdirilməsi mümkündür və biz bunu arzulayırıq. Sloveniya ilə ikitərəfli formatda əlaqələrin inkişafı bizim üçün çox önəmlidir. Eyni zamanda, Avropa İttifaqının üzvü kimi Sloveniya bizim üçün çox böyük maraq kəsb edən ölkədir. Bizim Avropa ilə əlaqələrimiz çox sürətlə inkişaf edir, Azərbaycan artıq Avropa İttifaqının qonşuluq siyasətinə qoşulubdur. Bununla bərabər, Avropa İttifaqı ilə enerji məsələlərinə dair yeni müzakirələr gözlənilir. Neft, qaz hasil edən ölkə kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində öz rolunu oynamağa hazırdır.

Beləliklə, bütün sahələrdə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində bizim əməkdaşlığımızın çox gözəl perspektivləri vardır. Onu da qeyd etmək istəyirəm ki, Sloveniyanı Azərbaycan ilə tarixi əlaqələr də birləşdirir. Azərbaycanın qəhrəman oğlu Mehdi Hüseynzadə Sloveniyada faşizmə qarşı sloveniyalılarla çiyin-çiyinə vuruşmuş, həlak olmuş və Sloveniya torpağında dəfn edilmişdir. Ondan sonrakı illərdə də əlaqələrimiz mövcud idi və Sizin də qeyd etdiyiniz kimi, bizim aramızda oxşar məqamlar da kifayət qədərdir. Həm Sloveniya, həm də Azərbaycan uzun illər ərzində başqa ölkələrin tərkibində yaşamışlar, müstəqilliyi də təxminən eyni vaxtda əldə etmişlər. Müstəqilliyimizin möhkəmlənməsi bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bunu etmək üçün, təbii ki, iqtisadi potensial möhkəmlənməlidir və Azərbaycan bu sahədə son illər ərzində böyük uğurlar əldə etmişdir. Azərbaycanda keçən il iqtisadi artım 26 faiz olmuşdur. Bu ilin altı ayında isə ümumi daxili məhsulun artımı 36 faiz təşkil etmişdir. Ölkəmizin çox böyük iqtisadi perspektivləri var və biz çox istərdik ki, Sloveniya ilə Azərbaycan arasında əlaqələr, - o cümlədən iqtisadi sahədə, - çox sürətlə inkişaf etsin. Bunu etmək üçün qarşılıqlı səfərlər də edilməlidir. Həm dövlət, hökumət nümayəndələrinin, eyni zamanda, iş adamlarının səfərləri təşkil olunmalıdır ki, biz bir-birimizin imkanlarını daha da yaxşı öyrənək və bunun nəticəsində əlaqələrimiz daha da sürətlə inkişaf etsin.

İlk söhbətimizin bir hissəsini Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr etdik, geniş fikir mübadiləsi aparıldı, mən cənab Prezidentə Azərbaycanın mövqeyini bir daha təqdim etdim. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycana qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmış və bu siyasətin nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasını tələb edir. Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi bunu tələb edir. Bu qətanamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması öz əksini tapmışdır. Eyni zamanda, keçən ilin yanvar ayında Avropa Şurası münaqişəyə dair qətnamə qəbul etmişdir və həmin qətnamədə Ermənistan açıq-aydın işğalçı və təcavüzkar dövlət kimi tanınır. Belə olan halda, təbii ki, münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll edilməsi yeganə mümkün olan variantdır və Azərbaycan öz siyasətini bundan sonra da bu çərçivədə aparacaqdır. İndi danışıqlar prosesi Praqa formatı çərçivəsində gedir. Praqa prosesi bütövlükdə məsələnin mərhələli həlli deməkdir. Biz hesab edirik ki, bu, çox məqbul variantdır və ümid edirik ki, Ermənistan, nəhayət, konstruktiv mövqe nümayiş etdirərək, öz tərəfindən də məsələnin həlli üçün səylər göstərəcəkdir. Bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsinin həlli ancaq və ancaq beynəlxalq hüquq normaları əsasında mümkündür. Bu məsələnin həll olunmaması bölgə üçün daim böyük təhlükə mənbəyidir və hesab edirəm ki, məsələ nə qədər tez həll olunarsa, bölgəyə sülh, əmin-amanlıq bir o qədər tez gələcək və risklər də azalacaqdır.

Cənab Prezident, məni Sloveniyaya dəvət etdiyinizə görə, Sizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən çox şadam ki, Sizin ölkəyə səfər edirəm. Onu da qeyd etmək istəyirəm ki, Sloveniyanın bizim bölgəyə çox böyük marağı vardır və dünən Bled şəhərində işə başlamış forumun keçirilməsi bunun əyani sübutudur. Çox əlamətdar haldır ki, Sloveniyada Xəzər bölgəsinin problemləri müzakirə olunur və geniş beynəlxalq ictimaiyyət də bu konfransda fəal iştirak edir. Mən əminəm ki, bu səfərdən sonra bizim aramızda olan əlaqələr daha da möhkəmlənəcəkdir. Əminəm ki, Siz Azərbaycana səfər edəndən sonra münasibətlər daha da yüksək pilləyə qalxacaq və ölkələrimiz, xalqlarımız bundan sonra da dostluq, mehribanlıq şəraitində bir-birinə dəstək verərək, daha da irəli gedəcəklər.

X X X

Sonra prezidentlər suallara cavab verdilər.

SUAL: Mənim sualım Sloveniya Prezidentinədir. Cənab Prezident, məlumdur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və təhlükəsizliyə böyük maneələr törədir. Avropa İttifaqı isə Cənubi Qafqazla yeni qonşuluq siyasəti həyata keçirir. Avropa İttifaqının üzvü kimi, Sloveniyanın bu münaqişənin həllində mövqeyi nədən ibarətdir?

YANEZ DRNOVŞEK: Hər hansı bir münaqişə, xüsusən də söhbət bu cür münaqişədən gedirsə, bu, böyük bir maneədir, təhdiddir. Burada münaqişənin həllinin iki yolu var. Birincisi, dinc yolla yəni iki tərəf arasında, siyasətçilər arasında danışıqlar yolu ilə. Digər variant münaqişənin güc, hərb yolu ilə həllidir. Mən bu baxımdan birinci varianta, yəni sülh və danışıqlar yoluna üstünlük verərdim. Eyni zamanda, hesab edirəm ki, Prezident İlham Əliyev ilə apardığım müzakirələrdən sonra belə bir qənaətə gəldim ki, bu məsələnin, münaqişənin sülh yolu ilə yaxın gələcəkdə həll olunması üçün kifayət qədər imkanlar var. Mən hesab edirəm ki, bu cür imkanlardan istifadə etmək lazımdır.

Təbii ki, bu məsələni həll edilməmiş bir formada saxlamaq yaxşı olmaz. Çünki onun həll olunmamış vəziyyətdə qalması mövcud vəziyyəti daha da gərginləşdirir. Hesab edirəm ki, hər iki ölkənin başçısı kifayət qədər konstruktiv mövqe göstərərək, bu məsələnin çözülməsinə və çıxış yolunun tapılmasına nail ola bilər. Prezident İlham Əliyev, eyni zamanda, mənə bu imkanlarla bağlı öz fikirlərini söylədi və atılacaq ilk addımlar haqqında mülahizələrini bildirdi. Düşünürəm ki, bu baxımdan onun fikirləri həqiqətən vacibdir.

SUAL: Mənim sualım Prezident İlham Əliyevədir. Cənab Prezident, Siz enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə etdinizmi?

İLHAM ƏLİYEV: Enerji məsələlərinin müzakirəsi son müddət ərzində ənənəvi xarakter daşıyır. Mən öz çıxışımda qeyd etdim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin bir hissəsi olaraq, enerji məsələlərinin müzakirəsi ənənəvi xarakter alıbdır. Bu sahədə yeni imkanlar yaranır. Azərbaycan çox böyük neft-qaz hasil və ixrac edən ölkəyə çevrilir. Azərbaycandan Aralıq dənizinə çəkilən böyük neft kəməri artıq fəaliyyətdədir. Bir neçə milyard dollar dəyərində nəhəng transmilli layihə artıq başa çatmışdır. Bu ilin sonunadək Azərbaycanın böyük qaz yatağından çıxarılacaq təbii qaz Avropaya nəql ediləcəkdir. Yəni bunu etmək üçün artıq boru kəməri infrastrukturu da yaradılır. Bütün bunlar, əlbəttə ki, Avropa ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın möhkəmlənməsinə gətirib çıxaracaqdır. Biz buna hazırıq, bunu arzulayırıq. Hiss edirik ki, Avropa ölkələri də bunu arzulayır. Belə olan halda, Azərbaycan Avropa istehlakçıları üçün yeni, çox əhəmiyyətli enerji mənbəyi olacaqdır.

SUAL: Mənim sualım Prezident İlham Əliyevə və Prezident Yanez Drnovşekədir. Siz hər iki ölkənin iqtisadi əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz və bugünkü yüksək səviyyədə görüş Azərbaycan və Sloveniya arasındakı iqtisadi əməkdaşlığın perspektivi baxımından hansı yeni imkanlar açacaqdır?

YANEZ DRNOVŞEK: İki ölkə arasında olan iqtisadi münasibətlər hazırda kifayət qədər məhdud xarakter daşıyır. Çünki bizim keçmişdə bu sahədə o qədər də böyük imkanlarımız olmamışdır. Biz Prezident İlham Əliyevlə gələcəkdə bu əməkdaşlığın gücləndirilməsi haqqında danışdıq və təbii ki, onun ölkəmizə səfəri nəticəsində ikitərəfli iqtisadi əlaqələrimizin inkişaf etdirilməsinə zəmin yaranacaqdır. Prezident İlham Əliyev artıq qeyd etdi ki, Sloveniya şirkətləri də bu geniş imkanlardan istifadə edərək, Azərbaycanın gələcək inkişafına öz töhfəsini verə bilər. Azərbaycanın iqtisadi inkişafı bu gün çox yaxşı gedir. Biz baxacağıq ki, gələcəkdə işlərimiz necə gedəcəkdir. Bəli, Avropa İttifaqının üzvü olaraq, Sloveniya Azərbaycanla öz təcrübəsini bölüşəcəkdir. Xüsusən də, təchizatların formalaşdırılmasında. Beləliklə, Avropa İttifaqına üzvlük istiqamətində işlərin sürətləndirilməsinə öz töhfəsini verəcəkdir.

İLHAM ƏLİYEV: Bizim iqtisadi əlaqələrimizin göstəriciləri o qədər də böyük deyildir. Amma mütləq rəqəmlər böyük olmasa da, dinamika çox müsbətdir. Yəni bu, onu göstərir ki, son müddət ərzində ikitərəfli iqtisadi əlaqələr inkişaf etməyə başlamışdır. Lakin bu əlaqələrin səviyyəsi bizi qane edə bilməz. Cənab Prezidentlə mən razıyam ki, biz bir-birimizi daha da yaxşı tanımalıyıq. Mən əminəm ki, bu rəsmi səfərdən sonra iqtisadi sahədə də işlər daha yaxşı gedəcəkdir. Qarşılıqlı nümayəndə heyətlərinin səfərləri təşkil olunacaqdır. Bir sözlə, biz bir-birimizi daha da yaxşı tanımalıyıq, imkanlarımızı kəşf etməliyik. Belə olan halda, əminəm ki, iqtisadi əlaqələrin möhkəmlənməsi üçün çox gözəl imkanlar yaranacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir