Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar,

İlk növbədə, bu gün Sizin qonağınız olmaq məqsədi ilə məni Paaskivi Cəmiyyətinizə dəvət etdiyinizə və Azərbaycan, onun yerləşdiyi regionda olan proseslər haqqında danışmaq, eləcə də gələcək inkişafla bağlı bəzi fikir və düşüncələrimi bölüşmək imkanı yaratdığınıza görə minnətdarlığımı bildirmək istəyirəm.

Mən onunla başlamaq istəyirəm ki, bu, Finlandiya ilə Azərbaycan arasında olan münasibətlər tarixində Azərbaycan Prezidentinin ölkənizə etdiyi ilk səfərdir. Biz bu səfərə böyük əhəmiyyət veririk, çünki əminəm ki, o, ölkələrimiz arasında münasibətlərin yeni səhifəsini açacaq. Münasibətlərimiz uğurla inkişaf edir, siyasi əlaqələrimiz çox yaxşıdır.

Prezident Halonenin 2005-ci ildə Azərbaycana səfəri xatirimdədir. Həmin səfər də uğurlu olmuşdur. Bu gün keçirdiyimiz müzakirələr bu prosesin davamıdır. Gələcəkdə biz qarşılıqlı imkanlarımızın araşdırılması üçün daha böyük işləri yerinə yetirəcəyik. Daha uğurla əməkdaşlıq edəcəyimiz sahələri müəyyən edəcəyik və həmin sahələrdə güclü tərəfdaşlıq qurmaq imkanını öyrənəcəyik. Bu gün keçirdiyim müzakirələr çox həvəsləndiricidir. Biz ikitərəfli münasibətləri, iqtisadi əməkdaşlığı, gələcəkdə tərəfdaşlığın potensial sahələrini müzakirə etdik. Yanaşmamız və məqsədlərimiz bir çox hallarda üst-üstə düşür. Biz Finlandiya ilə Azərbaycan arasında qarşılıqlı maraq, hörmət və gözlənilən nəticələr əsasında möhkəm münasibətlər qurmaq arzusundayıq. Əlbəttə ki, bu gün müzakirə etdiyimiz məsələlərdən biri iqtisadi əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi imkanları olmuşdur. Azərbaycanın burada qeyd olunan iqtisadi artım sürəti qarşımızda yeni imkanlar açır.

Dünən Azərbaycan tarixdə malik olduğu ilk demokratik respublikasının 90-cı ildönümünü qeyd edirdi. 1918-ci ildə, böyük siyasi proseslər nəticəsində Azərbaycan xalqı öz müstəqil dövlətini qurmaq üçün xüsusi imkana malik oldu. Bu, azərbaycanlıların həyatında və ümumiyyətlə, tarixi hadisə idi. İlk dəfə idi ki, müsəlman ölkədə demokratik respublika quruldu. Əfsuslar olsun ki, sonra baş vermiş hadisələr müstəqilliyimizə son qoydu. Müstəqillik yalnız iki il çəkdi, 1920-ci ildə Azərbaycan öz müstəqilliyini itirdi və yenidən, digər ölkənin bir hissəsinə çevrildi. Bu dövr isə 70 ildən artıq çəkdi. Yalnız Sovet İttifaqının süqutundan sonra xalqımız yenidən müstəqil olmaq imkanı qazandı. Lakin bu dəfə müstəqilliyi qazanmaq asan idi, çünki həmin hadisə məhz Sovet İttifaqının dağılmasından irəli gəlirdi. Müstəqilliyi qoruyub saxlamaq çətin idi. Dəyişiklikləri etmək və böyük potensialı, sabit vəziyyəti olan ölkəyə çevrilmək mürəkkəb idi. Azərbaycan indi buna nail olmuşdur. Lakin, yenə də deyirəm, bu, çətin olmuşdur. Müstəqillikdən dərhal sonra biz həddindən artıq böyük çətinliklərlə üzləşdik. Siyasi hərc-mərclik, iqtisadi və hərbi böhran, vətəndaş müharibəsi, iqtisadi tənəzzül və sənayenin uçurumda olması - 17 il öncə Azərbaycan bu vəziyyəti yaşamışdır. Lakin ciddi siyasi və iqtisadi islahatlar siyasəti nəticəsində, 1993-cü ildən etibarən ölkə çətinlikləri aradan qaldırmağa başladı. Biz sabitlik və asayişi bərqərar edə bildik. Azərbaycan müxtəliflik əsasında inkişafa qədəm qoydu. İqtisadi dəyişikliklər kimi, siyasi dəyişikliklər də eyni dərəcədə vacib idi. Azərbaycan müstəqilliyini qazandığı zaman bazar iqtisadiyyatının payı sıfır həddində idi. Bu gün isə iqtisadiyyatımızın 80 faizindən çoxu özəl sektorun payına düşür. Azərbaycan öz tarixində siyasi sistemə yalnız həmin iki illik dövrdə, 1918-ci ildən 1920-ci ilə qədər malik olmuşdur. O vaxtın özü də böhranlı olmuşdur. Biz postkommunist totalitar ölkədən demokratik ölkəyə çevrilməli idik və bu illərdə əldə edilmiş uğurlar olduqca gözəçarpandır.

Azərbaycan siyasi islahatları həyata keçirən, demokratik təsisatlara malik, dünyaya açıqlığı ilə seçilən, dünyanın siyasi və iqtisadi işlərində yeri olan və sürətlə inkişaf edən ölkədir. Buna nail olmaq asan deyildi. Əminəm ki, müstəqilliyin 17 ili ərzində nail olduğumuz nəticələr əldə oluna biləcək səviyyənin maksimum dərəcəsini təşkil edir. Biz bütün əsas problemləri aradan qaldırmağa nail olduq və son dörd il ərzində, iqtisadiyyatımız, demək olar ki, iki dəfə artmışdır. Son üç il ərzində biz ÜDM-in artım sürətinə görə dünyada birinci yeri tuturuq. Bu artım 25 faizdən 35 faizə qədər olmuşdur. Biz əsas beynəlxalq şirkətləri neft və qaz sektoruna sərmayə qoymaq məqsədi ilə dəvət etməyə nail olduq. Bu, indi sürətlə inkişaf edən ölkə kimi əldə etdiyimiz nailiyyətlər üçün çox əhəmiyyətli idi. Bu sərmayələr digər sahələrə kapital qoyuluşu üçün imkanlar açdı. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan indi regionumuzda və dünyada birinci yer tutur. Bütün bunlar Azərbaycanın müstəqilliyi, həyata keçirdiyimiz iqtisadi, siyasi və sosial islahatlar sayəsində mümkün olmuşdur.

Biz keçmişdən miras qalmış sosial problemlərin həllinə xüsusi əhəmiyyət veririk. Sosial məsələlər iqtisadi islahatlar qədər vacibdir. Vəsaitlərin düzgün bölüşdürülməsi nəticəsində biz çox qısa müddət ərzində ölkədə yoxsulluğun səviyyəsini 49 faizdən 16 faizə qədər azalda bildik. Məqsədimiz Azərbaycanda yoxsulluğun tamamilə aradan qaldırılmasından ibarətdir. Bunun üçün bütün imkanlarımız var. Yoxsullara sosial dəstəyin verilməsi üzrə böyük proqramlarımız var. Bizim regional inkişaf proqramlarımız mövcuddur. Bunun nəticəsində son illər ərzində ölkədə yüz minlərlə iş yerləri yaradılmışdır.

Beynəlxalq münasibətlər baxımından danışsaq, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv oldu və bu, bizim strateji seçimimiz idi. Biz Avratlantik tərəfdaşlığı siyasətinə sadiqik. Avropa Şurası kimi təşkilatda olmaq bizim üçün çox əhəmiyyətli idi. Biz demokratik inkişaf sahəsində bir çox nailiyyətlər əldə edə bildik və yeni qanunlar qəbul etdik. Azərbaycan insan hüquqlarını, demokratiya, ədalət və qanunun aliliyini əhatə edən bir çox beynəlxalq və Avropa konvensiyalarına qoşulmuşdur. Bu, islahatlarımızın vacib hissəsidir, çünki biz neft və qazla zəngin olan bir çox ölkələrin tarixini bilirik. Həmin ölkələrin heç də hamısında zəngin təbii sərvətlər sosial rifahla və vəsaitlərin düzgün şəkildə bölüşdürülməsi ilə nəticələnməmişdir. Ona görə biz güclü ictimai nəzarətə və möhkəm siyasi təsisatlara malik olmalıyıq ki, inkişaf etmiş ölkəyə çevrilək. Şəffaflıq qarşımıya qoyduğumuz məqsədlərdən biridir. Hasilat sənayesində maksimum şəffaflığa nail olmuşuq. Ötən il BMT Azərbaycanın Dövlət Neft Fondunu yüksək şəffaflığa görə mükafatla təltif etmişdir. Ölkəmizdə neft gəlirlərinin şəffaf şəkildə toplanılması və xərclənməsi sistemi mövcuddur. Bu məsələdə vətəndaşlarımız parlamentdəki nümayəndələri vasitəsilə qərarların qəbul olunmasında iştirak edirlər.

Əsas sərmayələr infrastruktur layihələrinə və sosial sahəyə yatırılır. Vəsaitlər, əsasən, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində ölkədə yaranmış yüz minlərlə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldilir. Biz gələcəyə nikbinliklə baxırıq. Həyatın bütün sahələrini əhatə edən proqramlarımız var. Enerji sektoru, təbii ki, iqtisadiyyatımızın əsas sahəsidir. İqtisadiyyatımızı şaxələndirməyə və əsasən, qeyri-neft sektoruna sərmayələrin qoyulmasına ürəkdən çalışdığımıza baxmayaraq, enerji sektoru bir neçə il bundan sonra da iqtisadiyyatımızda əsas yeri tutacaqdır. Neft hasilatını artırırıq, qaz hasil və ixrac edən ölkəyə çevrilirik. Enerji resurslarının hazırkı qiymətlərini nəzərə alsaq, bu amil iqtisadi sistemimizdə uzun illər ərzində əsas yeri tutacaqdır.

Şaxələndirmə, insan kapitalına - təhsilə, səhiyyəyə və informasiya texnologiyaları sahəsinə sərmayələrin qoyuluşu Azərbaycan üçün əsas prioritetləri təşkil edir. Biz çox fərəhlənirik ki, son üç il ərzində ölkədə 1300 məktəb tikmişik və onların hamısı kompyuterləşib və internetə qoşulub. Kompyuterləşmə və internetə çıxış bütün məktəblərdə bizim üçün prioritetlərdən biridir. Bizə hazırda və gələcəkdə təhsilli və bacarıqlı gənc nəsil lazım olacaqdır. Bu insanlar ölkəmizin maraqlarına yüksək peşəkarlıqla xidmət edəcəklər. Təbii sərvətlər bizim üçün məqsəd deyildir. Bu, sadəcə, üstünlükdür. Biz bilməliyik ki, gec-tez neft və qaz tükənəcəkdir. Bəs sonra necə olacaq? Biz əlli il və hətta ondan da sonranı düşünməliyik. Bu gün biz ölkəmizin gələcəkdə davamlı inkişafının əsaslarını formalaşdırmalıyıq.

Əsrlər boyu azərbaycanlılar digər ölkələrin və imperiyaların tərkibində yaşamışlar. Əsrlər boyu biz müstəqilliyimizdən məhrum olmuşuq. İndi isə biz müstəqil ölkəyik. Müstəqil siyasət həyata keçiririk. Müstəqilliyi gücləndirmək üçün əlimizdən gələni etməliyik. Biz bütün gücümüzlə çalışmalıyıq ki, Azərbaycan müasir, iqtisadi baxımdan güclü ölkə kimi öz uğurlu inkişafını davam etdirsin. Bir daha qeyd etmək istəyirəm, buna nail olmaq üçün bütün imkanlara malikik. Biz buna öz səylərimiz sayəsində nail olmuşuq. Müstəqilliyin başlanğıcında Azərbaycanın düşdüyü vəziyyət digər sovet respublikaları ilə müqayisədə, bəlkə də, ən ağır idi. Onlardan fərqli olaraq, ölkəmizdə vətəndaş müharibəsi, sosial böhran və torpaqlarımızın işğalı mövcud idi. Bu, ən ağır başlanğıc şərait idi.

Lakin biz son üç il ərzində dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata çevrilə bildik. Enerji layihələrimizi həyata keçirə bildik və indi biz Avropanın enerji təhlükəsizliyi üçün mühüm ölkəyik. Enerji resurslarımız əməkdaşlıq, dostluq və tərəfdaşlığa xidmət edir. Biz enerji resurslarımızı heç vaxt kiməsə qarşı və yaxud hansısa məqsədlərə nail olmaq üçün istifadə etməmişik və etməyəcəyik. Keçmişimiz, atdığımız addımlar onu göstərir ki, biz bu resursları tərəfdaşlıq üçün istifadə edirik. Lazım olanda, biz öz qonşularımıza və dostlarımıza dəstək veririk. Bu resurslardan möhkəm tərəfdaşlığı qurmaq məqsədi ilə istifadə edirik və gələcəkdə də edəcəyik. İndi heç bir regional layihə Azərbaycanın iştirakı olmadan mümkün deyildir. Biz Bakıdan Aralıq dənizinə gedən transmilli neft boru kəmərinin, eləcə də Azərbaycandan Avropaya çəkilmiş qaz boru kəmərinin təşəbbüskarıyıq.

Artıq ötən il, tarixdə ilk dəfə olaraq, Avropa Azərbaycan qazını almağa başladı. Bu, real şaxələndirmə deməkdir. Bizim üçün şaxələndirmə bir istehlakçıdan, Avropa üçün isə, bir təchizatçıdan asılı olmamaq vasitəsidir. Biz istehlakçıların narahatlığını başa düşürük. Əlbəttə ki, bizi narahat edən məsələlər də anlanılmalıdır. Bir sözlə, biz şaxələndirməyə artıq nail olmuşuq. Üç boru kəməri üç müxtəlif istiqamətdə neftimizi nəql edir. Dörd qaz boru kəməri dörd müxtəlif istiqamətdə qazımızın çatdırılmasını təmin edir. Əlbəttə ki, gələcəkdə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq davam edəcəkdir. Biz Avropa İttifaqının Yeni qonşuluq siyasətinə qoşulmuşuq.

2006-cı ildə Avropa İttifaqı və Azərbaycan Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzaladı. Bütün bunlar apardığımız əməkdaşlığın mühüm çərçivəsidir. Hazırda biz regional əməkdaşlığın genişləndirilməsi üzərində çalışırıq. Bu gün biz nəinki Xəzər-Qafqaz-Qara dəniz əməkdaşlığı, həm də Xəzər-Qara dəniz-Baltik dənizi regionları arasında işbirliyi haqqında danışırıq. Biz bu regionları daha da yaxınlaşdırmaq imkanlarını araşdırırıq. Əlbəttə, enerji və daşınma mühüm rol oynayacaqdır. Hər iki sahədə biz avropalı tərəfdaşlarımızla sıx işləyirik. Coğrafi mövqeyimiz də çox əlverişlidir. Biz malların Asiyadan Avropaya və geriyə daşınması sahəsində vacib tranzit ölkəyə çevrilməyi planlaşdırırıq.

Mən Azərbaycanda görülmüş işlər və planlaşdırılan addımlar haqqında çox danışa bilərəm. Lakin məhdud vaxtı nəzərə alaraq, əldə etdiyimiz nailiyyətlərə və gələcək planlarımıza təhlükə olan məsələ haqqında danışmaq istərdim. Bu, Qafqazdakı vəziyyət və oradakı separatçı rejimlər, eləcə də, əfsuslar olsun ki, keçmiş Sovet İttifaqının ərazisində mövcud olan tanınmamış qeyri-qanuni qurumlar - yəni, Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrdəki qurumlardır. Həmin yerlərdə eyni vəziyyət yaranmışdır. Eyni separatçı hərəkətlər, oxşar etnik təmizləmə siyasəti, həmin hərəkətlərin bir-birinə oxşar nəticələri, həmin ərazilərin ölkələrdən de-fakto ayrılması və Azərbaycan, Gürcüstan ilə Moldovanın ərazi bütövlüyünün pozulması müşahidə olunur.

Biz bu məsələlərə sırf hüquqi nöqteyi-nəzərdən baxırıq. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hissəsidir. Hazırda bu, tanınmamış qurumdur. Onun başında de-fakto cinayətkar rejim dayanır. Həll yolu yalnız beynəlxalq hüquq, münaqişənin əvvəlində BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə və bu ilin mart ayında Baş Məclisin qəbul etdiyi qətnamə əsasında olmalıdır. Qətnamələrdə erməni qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılması tələb olunur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparıb və bunun nəticəsində təqribən 1 milyon həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, humanitar fəlakətdir, ən böyük ədalətsizlik və beynəlxalq hüququn pozulmasıdır. Lakin beynəlxalq ictimaiyyətin, ATƏT-in məsələ ilə məşğul olmasına baxmayaraq, nəticə baxımından heç bir irəliləyiş yoxdur. Danışıqlar prosesində bəzi irəliləyişə nail olmuşuq. Amma bu, kifayət deyildir.

Qafqazdakı reallıqlar onu göstərir ki, hazırda Azərbaycanla rəqabət aparmaq çox çətindir. İstər iqtisadi inkişaf və ya hərbi potensial baxımından, istərsə də siyasi çəki və yaxud regional layihələrdə və təşəbbüslərdə iştirak baxımından. Ona görə Ermənistanda nə qədər tez başa düşsələr ki, onların apardığı siyasətin sonu yoxdur, bu, hər kəs üçün yaxşı olar. Belə olan halda, Qafqazda sülh bərqərar olacaq, regional inkişaf daha sürətlə gedəcək və Qafqazda yaşayan bütün millətlər bundan yararlanacaqlar. Mən Sizin diqqətinizi bu məsələyə cəlb etmək istəyirəm, çünki bu, bizi ən narahat edən amildir. Bu, nəinki bizim üçün, həm də bütün region üçün əsas təhlükədir. Düşmənçilik və hərbi əməliyyatlar olarsa, regiondakı bütün sabitlik sual altına düşər və gözlənilməz nəticələr yarana bilər.

Hörmətli dostlar, mən vaxtınızı çox almaq istəmirəm, qarşınızda çıxış etmək, Azərbaycan reallıqlarını çatdırmaq imkanına görə sizə bir daha minnətdaram. Əminəm ki, bu səfərin gələcəkdə ölkələrimiz, habelə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər üçün çox yaxşı nəticələri olacaqdır.

Çox sağ olun.

X X X

MİKKO VİİTASALO: Cənab Prezident, çox maraqlı çıxışınıza görə təşəkkür edirəm.

Xanımlar və cənablar, indi isə suallar üçün müəyyən vaxtımız qalır. Əgər sualınız varsa, buyurun.

SUAL: Cənab Prezident, mən Finlandiyanın keçmiş səfiriyəm. Çox yaxşı çıxışınıza görə minnətdaram. Mən dost paytaxt şəhərinizə səfər etmişəm. Ləziz yeməkləriniz hələ də yadımdadır.

Sualım belədir: ötən vaxtlarda mən Çeçenistanda işləmişəm. Bu, Şimali Qafqazdadır. Daha sonra, Dağıstan var. Sizinlə sərhəddə yerləşir. Hətta xatirimdədir ki, Azərbaycanda kiçik çeçen diasporu yaşayırdı, çünki onların vətənində müharibə gedirdi. Bu gün Dağıstan və Çeçenistana gəldikdə, praktik əməkdaşlıq nə yerdədir?

İLHAM ƏLİYEV: Tarixi nöqteyi-nəzərdən Dağıstan ilə Azərbaycan bir zona kimi hesab edilirdi. Dağıstan və Azərbaycan xalqları arasındakı münasibətlər səmimidir. Əsrlər boyu biz bir yerdə yaşamışıq. Bir çox azərbaycanlılar Dağıstanda öz torpaqlarında yaşayır. Həmçinin bizim ölkədə müxtəlif bölgələrdə Dağıstan xalqlarından olan azlıqlar, qardaşlarımız yaşayırlar. Bu baxımdan Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq səviyyəsi Qafqazda uzunmüddətli sülhün bərqərar olunmasında vacib amildir. Qafqaz bütöv orqanizmdir. Cənubi Qafqaz ölkələri müstəqildir. Şimali Qafqaz Rusiya Federasiyasının hissəsidir. Lakin bu, bir orqanizmdir. Qafqazın istər şimalında, istərsə də cənubunda baş verən hadisələr ölkələrimizdə olan vəziyyətə təsir göstərə bilər.

Əlbəttə, bunu nəzərə alaraq, biz regional əməkdaşlıq və təhlükəsizlik məsələləri üzərində daha sıx işləməliyik. Qafqazda təhlükələr var. Biz gərgin qonşuluq şəraitində yaşayırıq. Beləliklə, biz çağırışlara hazır olmalıyıq. Terrorçuluq, ekstremizm hamımız üçün təhlükəli amillərdir. Biz çox istəyirik ki, Qafqazın həm şimalı, həm cənub bölgələri inkişaf etsin. Bunun üçün bütün imkanlar var. Gözəçarpan maliyyə resurslarına malik olan Azərbaycan regiona rifah gətirəcək müxtəlif layihələrə dəstək vermək üçün daha çox işlər görməyə hazırdır. Təhlükəli məsələlərdən irəli gələn ən böyük problemlərdən biri işsizlik, yoxsulluq və sərmayələrin çatışmamasıdır. Azərbaycan resurslara malik olan ölkə kimi bu məsələlərin həllinə töhfə verə bilər.

SUAL: Cənab Prezident, hazırda neftin qiymətləri həddindən artıq yüksəkdir. Fikrinizcə, neft hasil edən ölkələr elə bir sistem yarada bilərmi ki, yoxsul ölkələr enerji daşıyıcılarını aşağı qiymətlə alsın? Məsələn, Banqladeş və ya Afrikadakı kimi zəif inkişaf etmiş ölkələr. Lakin bu o demək deyil ki, onlar ucuz qiymətlə istədikləri həcmdə ala bilər. Belədə onlar, sadəcə, ucuz alıb, üçüncü ölkələrə baha satar və beləliklə, pul qazanarlar. Sağ olun.

İLHAM ƏLİYEV: Bu, ciddi sualdır və bazar iqtisadiyyatı prinsipləri ilə sosial ədaləti özündə əks etdirir. Bəzi hallarda bu iki mühüm prinsip bir-biri ilə ziddiyyət təşkil edir. Misal üçün, biz Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə tam sadiqik. Bu, bizim uğurlu inkişafımız üçün əsas şərt olmuşdur. Lakin, eyni zamanda, əgər bizdə təbii qazın və elektrik enerjisinin, eləcə də yanacaqdoldurma stansiyalarında benzinin qiymətlərinə nəzər yetirsəniz görərsiniz ki, onlar dünya qiymətlərindən aşağıdır. Biz buna imkan verə bilərik. Xalqımıza və istehsalçılarımıza dəstək verə bilərik. Fermer üçün güzəştli şərtlər tətbiq olunur. Onlar enerji daşıyıcılarını yarı qiymətə alırlar. Amma, əlbəttə ki, digər ölkələrə gəldikdə, ola bilsin, qərar hər bir ölkənin özündən asılı olur. Mən hesab etmirəm ki, bir gün vaxt gələcək və yoxsul ölkələr üçün hər hansı birtərəfli endirim sistemi yaradılacaqdır. Çünki hər bir ölkə qərarı özü qəbul edir. İndi neft bazarı təkformalı deyildir. Azərbaycan bu yaxınlarda mühüm hasilatçı və ixraçatcıya çevrilibdir. Amma, əlbəttə ki, ixracatçı ölkə kimi uzun tarixə malik olanlar da var. Lakin bu istiqamətdə əgər hər hansı addım atılarsa, bu, hasilatçı kimi uzun tarixi olan ölkələr tərəfindən edilməlidir. Biz gözləyəcəyik ki, nəticə hansı olacaqdır.

SUAL: Cənab Prezident, bir neçə həftə öncə İsveçrə Prezidentinin ölkənizə uğurlu səfəri olubdur. Siz Transavropa boru kəməri vasitəsilə çatdırılacaq qazla bağlı çox uğurlu razılaşmaya nail oldunuz. Beləliklə, İtaliyaya qaz çatdırıla bilər. Bilirəm ki, Beynəlxalq Valyuta Fondunda Siz İsveçrənin səs verdiyi qrupun üzvüsünüz. Birinci sual ondan ibarətdir ki, bu məqsədlə Siz Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının xidmətlərindən istifadə edə bilərsinizmi? Siz bu qurumların üzvüsünüz.

İkinci sualım Qafqaz ölkələrinin inteqrasiyası ilə bağlıdır. Siz Rusiyanın da daxil olduğu, 12 ölkədən ibarət Müstəqil Dövlətlər Birliyinin üzvüsünüz. Bu sahədə inkişafı necə görürsünüz və bunun daha sıx inteqrasiyaya xidmət etdiyinə əminsinizmi? Məsələ ilə bağlı Sizin şərhlərinizi eşitmək maraqlı olardı.

İLHAM ƏLİYEV: İlk novbədə, onu demək istəyirəm, İsveçrə Prezidentinin Azərbaycana olduqca uğurlu səfəri zamanı biz qaz təchizatı ilə bağlı hansısa saziş imzalamamışıq, çünki İsveçrə potensial qaz boru kəmərinin sonuncu nöqtəsində yerləşir. Bu, potensial təchizat marşrutlarından biridir.

Onu demək istəyirəm ki, biz qaz yataqlarını işlətməyə, hasilata başlayanda ölkəmiz Avropa İttifaqı tərəfindən təchizatçı hesab edilmirdi. Nabukko və digər layihələr üçün qaz mənbəyi kimi Azərbaycan nəzərdə tutulmurdu. Lakin digər səbəblərə görə, Azərbaycan qazına olan maraq artır. Biz isə hasilatı artırmaq üçün əlimizdən gələni edirik. Qaz hasilatını artırmaq üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır, çünki qaz neft deyil. Siz onu beynəlxalq bazarda yox, yalnız istehlakçıya sata bilərsiniz. Ona görə hasilatçı, tranzit və istehlakçı ölkələr arasında razılaşmalar bir paket formasında olmalıdır. Bu günə qədər belə razılaşmalar yoxdur. Bu vaxta qədər Avropa ölkələrinin bizdən qaz almaq üçün, əsasən, istəkləri olubdur. Biz bunu etməyə hazırıq. Azərbaycan qazının Avropa bazarı üçün yeganə yeni mənbə olduğunu nəzərə alaraq, əlbəttə ki, bizə və potensialımıza olan diqqət artır. Biz hazırıq. Azərbaycanda aşkar edilmiş qaz ehtiyatlarının sübuta yetirilmiş minimum həcmi 2 trilyon kubmetrdir. Bizim üçün bu həcm 200 ilə kifayətdir. Əgər biz istədiyimiz qədər ixrac etsək, bu rəqəm 100 ilə bəs edəcəkdir. Bundan əlavə, həmin həcm sübuta yetirilmiş minimum ehtiyatlardır. Adətən, nə qədər çox hasil etdikcə, bir o qədər yeni ehtiyatlar aşkar edilir. Azərbaycan, ən azı bir əsr ərzində qaz ixrac edən ölkə olacaqdır.

İnteqrasiyaya gəldikdə, zənnimcə, siz Müstəqil Dövlətlər Birliyini nəzərdə tuturdunuz. Bu təşkilat Sovet İttifaqının dağılmasından sonra yaradılmışdır. Ona daxil olan ölkələr SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış respublikalardır. Bu, həmin təşkilatı yaratmaqda ilkin səbəb idi. Azərbaycan bu təşkilatda öz rolunu oynayır, lakin əməkdaşlığımız, əsasən, ikitərəfli əlaqələrə söykənir. Biz MDB üzvləri ilə çox da təşkilat çərçivəsində yox, ikitərəfli əsaslarla işləyirik. Bu təşkilatın gələcəyi qarşılıqlı etimad, əməkdaşlıq səviyyəsindən və üzv dövlətlərin siyasi marağından asılı olacaqdır. Sizə deyə bilərəm, Ermənistan ilə Azərbaycan MDB-nin üzvləridir. Bizim Ermənistanla heç bir əlaqəmiz yoxdur, lakin hər iki ölkə təşkilatdadır. Həmin təşkilatda digər ölkələr var ki, onların arasındakı münasibətlər yaxşı deyildir. Bir sözlə, bu, asan deyildir. Lakin Azərbaycan regional əməkdaşlıq sahəsində səylərini davam etdirməyə hazırdır. Bu, bizim üçün vacibdir və iqtisadi, siyasi maraqlarımızı nəzərə alaraq, biz orada üzvlüyümüzü davam etdirəcəyik.

SUAL: Cənab Prezident, əla təqdimatınıza görə olduqca minnətdaram. Sizin bu gün İranla münasibətləriniz necədir?

İLHAM ƏLİYEV: Bizim İranla münasibətlərimiz yaxşıdır, normaldır. Enerji, ticarət sahəsində birgə həyata keçirdiyimiz müxtəlif layihələrimiz var. Əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Biz bütün qonşu ölkələrlə - İran, Rusiya, Gürcüstan və Türkiyə ilə normal münasibətlərin olmasına çalışırıq. Bu qonşularla heç bir problemimiz yoxdur. Bu, regional sabitliyin vacib elementidir və ölkəmiz üçün mühüm olan regional əməkdaşlıq layihələrində iştirak etmək imkanını yaradır. Regional əməkdaşlıq qarşılıqlı işbirliyinə aparır. Çünki bu gün regional formatda iştirak edən ölkələr layihələr irəli sürür. Həmin layihələr qarşılıqlı şəkildə faydalıdır. Sonra isə, layihələrin əhəmiyyəti artır. Mən bu münasibətləri regional sabitlik üçün çox vacib hesab edirəm və əminəm ki, bunu uğurla davam etdirəcəyik.

SUAL: Cənab Prezident, Rusiya ilə münasibətləriniz və bu ölkənin Qafqazdakı təsiri barədə nə deyə bilərsiniz? Seçkilərdən sonra, Prezident Medvedev və hökumətin sədri Putinlə bağlı hər hansı yenilik gözlənilirmi?

İLHAM ƏLİYEV: Mən yalnız Azərbaycan-Rusiya münasibətlərinə aid şərh verə bilərəm. Xarici siyasətə aidiyyəti olan bütün şəxslərə Prezident kimi mənim verdiyim təlimatlarda hər hansı digər daxili işlərə müdaxilə etməmək nəzərdə tutulur. Bizim Azərbaycanda görəcəyimiz işlər çoxdur. Diqqətimizi öz işlərimizə yönəltməliyik. Əlbəttə ki, qonşularla və digər ölkələrlə münasibətlər qarşılıqlı maraqlara əsaslanır. Bizim marağımız yaxşı münasibətlərin formalaşdırılmasına arxalanır. Təsirə gəldikdə, biz Azərbaycanda hər hansı təsirə məruz qalmırıq. Biz bunu hiss etmirik. Bunu zənn etməyə də əsas yoxdur. Azərbaycan özünü təmin edən ölkədir. Bizim vacib üstünlüyümüz var. Bu, enerji resurslarıdır. İqtisadi inkişaf və enerji təhlükəsizliyi baxımından biz özünü təmin edən ölkəyik. Əksinə, biz regionumuzda digər ölkələrin enerji təhlükəsizliyində iştirak edirik. Ona görə təsir göstərmək üçün əsas yoxdur. Düzünü desəm, biz heç vaxt hiss etməmişik ki, kimsə Azərbaycana təsir göstərməyə çalışır. Biz öz suverenliyimizin sahibləriyik. Artıq çıxışımda qeyd etdiyim kimi, biz müstəqilliyi əsrlər boyu gözləmişik və yenidən yarımmüstəqil ölkə olmaq fikrində deyilik. Bizim üçün müstəqil olmaq, müstəqil siyasət yürütmək deməkdir. Biz buna nail olmuşuq. Hesab edirəm ki, bu, Azərbaycanın son 17 ildə əldə etdiyi ən böyük nailiyyətdir. Bir sözlə, Rusiya ilə münasibətlər yaxşı qonşuluğa və qarşılıqlı iqtisadi marağa əsaslanır. Enerji məsələlərində, görünə bilər ki, maraqlarımız başqa sahələrdədir. Lakin eyni zamanda, biz rəqabət aparmırıq. Rusiyanın özünün böyük enerji bazarı var, bizim öz enerji bazarımız var. Bu, təbiidir. Hamı öz milli maraqlarını qorumaq istəyir. Əminəm ki, Rusiyanın yeni Prezidenti ilə bizim münasibətlərimiz uğurla davam edəcəkdir. Hazırda bizim çox yaxşı əlaqələrimiz var və deyərdim ki, bu əlaqələr digər böyük ölkə ilə kiçik ölkə, əvvəlcə bir ölkədə yaşamış ölkələr arasında olan münasibətlərə nümunə ola bilər. Münasibətlərimiz çox güclüdür, gözləniləndir və qarşılıqlı hörmət kimi vacib amilə əsaslanır. Ümid edirəm ki, bu siyasət davam edəcəkdir.

MİKKO VİİTASALO: Digər suallarınız varmı?!

Görürəm, artıq vaxt yetişibdir. Cənab Prezident, Sizə minnətdarıq, çıxışınıza görə çox sağ olun. Çox müdrik cavablarınıza görə təşəkkür edirik. Görüşü başa çatdırmazdan öncə mən xatirə hədiyyəsi olaraq, Prezident Halonenin imzaladığı medalı Sizə təqdim etmək istəyirəm.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevə Paaskivi Cəmiyyətinin fəxri qonaqlar üçün nəzərdə tutulan xüsusi medalı təqdim olundu.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib