Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Təhsil sisteminin maddi-texniki bazasının möhkəmlənməsi işində böyük işlər görülür və bu rəqəmlər də səsləndi. Üç ildə 700-dən çox məktəbin tikintisi çox böyük nailiyyətdir. Bu, əlbəttə ki, davam edəcəkdir. Çünki, hələ təmirə ehtiyacı olan çoxlu məktəb var. Yeni məktəblər tikilməlidir və hər bir məktəb yüksək səviyyədə tikilməlidir, müasir avadanlıqla təchiz olunmalıdır. Bilirsiniz ki, məktəblərdə kompyuterləşmə proqramı da həyata keçirilir. 2008-ci ilə qədər bütün məktəblərdə kompyuter sinifləri yaradılmalıdır. Əlbəttə ki, maddi-texniki bazanın möhkəmlənməsi ilə paralel olaraq, təhsilin keyfiyyəti də artmalıdır. Çünki təhsil hər bir ölkənin gələcəyini müəyyən edir.

Mən neçə dəfə demişəm, bir də demək istəyirəm ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik, o ölkələr inkişaf edib ki, orada təhsil yüksək səviyyədədir, yeni texnologiyalar tətbiq olunur, intellektual potensial yüksək səviyyədədir. Hər bir ölkənin intellektual potensialı, ilk növbədə, təhsil ocaqlarında yaradılır. Ona görə də müasir sistemə keçmək, dünyada mövcud olan ən qabaqcıl texnologiyaları tətbiq etmək Təhsil Nazirliyinin gərək əsas prioritet vəzifəsi olsun. Bu sahədə işlər görülür və bu, ilkin təcrübədir. Azərbaycanda gərək virtual dərslər, yeni texnologiyalar geniş yayılsın, bütün məktəbləri əhatə etsin. Bu, çox böyük, mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən proqramdır. Amma biz bunu etməliyik. Çünki biz gələcəyə baxmalıyıq. Bizim indi nadir imkanlarımız var: təbii resurslarımız, qaz-neft kəmərlərimiz, coğrafi vəziyyətimiz, nəqliyyat infrastrukturunun möhkəmlənməsi. Böyük valyuta axını gözlənilir. Biz bunu hansı sahələrə yönəltməliyik?! İlk növbədə təhsilə, səhiyyəyə, sosial sahəyə, bir də mənfəət gətirən sahələrə, sənaye istehsalının inkişafına, qeyri-neft sektorunun inkişafına, neft amilinin təsirinin azaldılmasına gətirib çıxaran sahələrə. Təhsil bu sahədə birinci yerdə dayanan istiqamətdir.

Qeyd olundu, bu yaxınlarda mən gənclərimizin xaricdə təhsil alması üçün sərəncam imzalamışam. Əminəm ki, geniş proqram hazırlanacaqdır. Bu, Azərbaycanın intellektual potensialını daha da gücləndirəcəkdir. Bu proqram, bəlkə də, beş ildən, on ildən, on beş ildən sonra öz bəhrəsini verəcək, amma mütləq verəcəkdir. Çünki bizim gənclərimiz dünyanın ən tanınmış, mötəbər təhsil ocaqlarında təhsil almalı, öz biliklərini artırmalıdırlar. Azərbaycanda aldığı təhsili xarisdə təkmilləşdirməlidirlər. Əminəm ki, bir neçə ildən sonra Azərbaycanın hərtərəfli inkişafında rol oynayan insanlar çoxalacaqdır. Xaricdə təhsil almaq bütün dövrlərdə bütün ölkələrdə ancaq inkişafa, tərəqqiyə gətirib çıxaran vasitə olmuşdur.

Nazir texniki peşə məktəblərinin bərpası haqqında danışdı. Mən bunu dəstəkləyirəm. İndiki bazar iqtisadiyyatı şəraitində xüsusilə Azərbaycanda son illər ərzində aparılan neft-qaz əməliyyatları, sənaye potensialının möhkəmlənməsi texniki peşə məktəblərinin məzunlarına, əlbəttə, yeni imkanlar açır. Fikirləşmək olar, bəlkə, texniki peşə məktəblərinin tikintisi, təchizatı ilə əlaqədar bir proqram tərtib edək. Biz üç ildə 700-dən çox məktəb tikdik. Mən indi bilmirəm, yəqin siz bilirsiniz, nə qədər texniki peşə məktəbi tikilməlidir ki, Azərbaycanın artan tələbatını yerli kadrlarla ödəyək. Çünki xarici neft şirkətləri Azərbaycanda uzun illər ərzində işləyəcəklər - 10 il, 20 il, ondan da çox. Çünki Azərbaycanda aşkar edilən neft-qaz ehtiyatları bütün proqnozları alt-üst edir. Yəni Azərbaycanda olan neft ehtiyatları bəlkə də 50-100 il bizə kifayət edəcəkdir. Yerli mütəxəssislər, müasir texnologiyaları bilən insanlar yetişməlidir. Ona görə siz təklif verin, biz qərar qəbul edək, vəsait ayıraq və texniki peşə məktəblərinin ən yüksək səviyyədə təşkil olunması üçün bütün tədbirləri görək. Bu, həm ölkəmizin inkişafı üçün lazımdır və həm də insanlar da böyük fayda götürəcəklər.

Mən razıyam ki, Azərbaycanda texniki peşə məktəblərinə münasibət, nədənsə, o qədər də müsbət deyildir. Nazir də bunu qeyd etdi. Ancaq inkişaf etmiş ölkələrdə texniki peşə məktəbini bitirən insanlar çox böyük imkanlara malik olur, çox yaxşı maaşla təmin olunurlar. Nəzərə alsaq ki, indi Azərbaycanda sənaye sahəsində maaşlar humanitar sahədə olan maaşları üstələyir və yəqin ki, gələcəkdə bu ənənə davam edəcək, bu sahəyə çox böyük diqqət göstərməliyik.

Bu gün eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin məruzəsi səsləndi, görülən işlər haqqında məlumat verildi. Doğrudan da, çox böyük işlər görülür. 10 mindən çox fərdi evin tikintisi, məktəblər, xəstəxanalar, su xətləri, yardımçı stansiyalar, yollar – bütün infrastrukturun yaradılması həm böyük vəsait, həm də peşəkarlıq tələb edir. Qısa müddət ərzində görülən işlər məni çox sevindirir. Biz yəqin ki, gələn il çadır şəhərciklərinin tamamilə ləğvi ilə bu sahədəki işimizi yekunlaşdıracağıq. O şəhərciklərdə yaşayan insanları yerli qəsəbələrə köçürəcəyik. Ondan sonrakı mərhələdə işlər başqa yerlərdə məskunlaşan qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşmasına yönəldilməlidir. Yataqxanalarda, məktəblərdə, köhnə taxta evlərdə kifayət qədər qaçqın-köçkün yaşayır. Biz onların da həyatını yüngülləşdirməliyik.

Bütövlükdə, bir də demək istəyirəm ki, Azərbaycanda hər bir sahədə inkişaf sürətlə gedir. Amma bununla bərabər, problemlər də var. Biz gərək öz diqqətimizi daha çox bu problemlərin həllinə yönəldək.

Əsas qlobal məsələlərdən biri də ondan ibarətdir ki, yaxın gələcəkdə Azərbaycana çox böyük neft gəlirləri daxil olacaq və bu gəlirlərdən səmərəli istifadə olunmalıdır. Bizdə artıq kifayət qədər işlək və şəffaf mexanizm vardır. Bütün gəlirlər Dövlət Neft Fondunda cəmlənibdir. Gəlirlər haqqında mütəmadi qaydada, çox şəffaf, açıq şəkildə məlumat verilir. Azərbaycan hasilat sənayesində şəffaflıq təşəbbüsünə birinci olaraq qoşulmuşdur. Bu təşəbbüsdə liderlik göstərir və bizim bu fəaliyyətimiz başqa ölkələr üçün də nümunə sayılır. Bunu həm biz deyirik, həm də ən böyük ölkələrin dövlət, hökumət başçıları qeyd edir. Bu mexanizm var, yəni neft gəlirlərinin şəffaf şəkildə saxlanılması, idarə olunması mexanizmi var.

İndi əsas vəzifəmiz ondan ibarət olmalıdır ki, neft gəlirləri makroiqtisadi sabitliyə ciddi təsir göstərməsin, inflyasiyaya gətirib çıxarmasın. Eyni zamanda, ölkənin inkişafı üçün lazım olan sahələrə yönəldilsin. Onlara nəzarət çox güclü olmalıdır. Həm dövlət tərəfindən, həm də parlament tərəfindən bu nəzarət indi də var, biz beynəlxalq maliyyə qurumları ilə daim əlaqə saxlayırıq və bu sahədə işləyirik. Çünki hələlik kifayət qədər təcrübəmiz yoxdur. Xüsusilə böyük vəsaitin idarə olunmasında kifayət qədər təcrübəmiz yoxdur. Baxmayaraq ki, Neft Fondunun fəaliyyəti çox müsbətdir, ancaq gəlirlərin həcminin artması qarşımıza yeni vəzifələr qoyur. Bizim iqtisadiyyatımız buna gərək hazır olsun, bütün maliyyə mexanizmləri, müasir mexanizmlər tətbiq olunsun. Əsas vəzifə ondan ibarətdir ki, bahalaşmaya gətirib çıxarmasın. Əlbəttə, istər-istəməz gətirib çıxaracaq, bu, təbii bir prosesdir. Amma biz gərək bu riskləri maksimum dərəcədə azaldaq.

İstehlak mallarının bahalaşması bizi çox ciddi narahat edir. Düzdür, görülən tədbirlər nəticəsində inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq mümkündür və burada bütün qurumlar səmərəli işləyirlər. Bizim iqtisadiyyatımızın inkişafı üçün çox vacib amildir ki, inflyasiya birrəqəmli səviyyədə saxlanılsın. Ancaq gərək bütün imkanlardan istifadə edək, maliyyə imkanlarından da. Maliyyə nizam-intizamının möhkəmləndirilməsi daha da ciddi diqqət tələb edir. Eyni zamanda, inzibati amillərdən də biz istifadə etməliyik. Baxın, kənd təsərrüfatı yarmarkalarının təşkilindən sonra onlarda qiymətlər bazardakı qiymətlərdən kəskin şəkildə fərqlənir və insanlar bundan çox faydalanırlar. Mən özüm gedib yarmarkanın birində olmuşam və gördüm ki, həqiqətən o, insanlar tərəfindən çox yüksək qiymətləndirilir. Sirr deyil ki, bazardakı qiymətlə yarmarkada olan qiymət arasında böyük fərq var. Yəni bu yaxşı bir təcrübədir, onu geniş tətbiq etmək lazımdır. Bununla bərabər, qiymətləri süni şəkildə qaldıranlara qarşı da ciddi tədbirlər, inzibati tədbirlər görülməlidir.

Məlumat verilir ki, tutaq ki, neftin bahalaşması ilə əlaqədar, yaxud da hansısa başqa amillərə görə xaricdən gətirilən mallar bahalaşır. Bu da təbiidir. Bütün dünyada belədir. Amma Azərbaycanda istehsal olunan mallar niyə kəskin şəkildə bahalaşır?! Mənə məlumat verirlər ki, ət çox bahalaşıbdır. İndi bazarda ətin qiyməti 5-6 manatdır və bu artım davam edir. Həm Bakıda, həm də rayonlarda. Ət Azərbaycana başqa yerlərdən gətirilmir. Azərbaycanda ət bazarlara yerli fermerlər tərəfindən təhvil verilir. Bəs, qiymət nə üçün qalxır? Bunun səbəbi var. Əlbəttə ki, alıcılıq qabiliyyəti artır, maaşlar, pensiyalar qalxır. İnsanların həyat səviyyəsi yaxşılaşır və bazar dərhal, necə deyərlər, buna reaksiya verir, bəlkə, daha da qabaqlayır. Amma bu, çox təhlükəli bir meyildir. Düzdür, bazarda heç nə qalmır, hər şey satılır. Amma o demək deyil ki, hər kəs bunu ala bilir. Mən şübhə etmirəm ki, yenə də bahalaşsa, yenə də alacaqlar. Çünki varlıların sayı artır, orta təbəqənin sayı artır. Amma yoxsullar da var, kasıblar da var, pensiyaçılar, tənha adamlar, kimsəsiz insanlar da var. Onlar ala bilmir. Onlar nə etməlidir?!

Ona görə mən bir daha demək istəyirəm, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik. Azərbaycanın uğurlu inkişafı, bütün bu göstəricilər, ümumi daxili məhsulun, büdcənin, sənaye istehsalının artımı və sair - bütün bunlar bazar iqtisadiyyatı prinsiplərinə sadiq olmağımızdan irəli gəlir. Amma bununla bərabər, inzibati tədbirlər görməliyik. Süni şəkildə qiyməti qaldırana qarşı ciddi tədbir görülməlidir. Ona görə mən tapşırıq verirəm ki, aidiyyəti orqanlar bununla məşğul olsunlar və biz bu süni şəkildə bahalaşmanın qarşısını almalıyıq.

Bazarlarda inhisarçılar da var, onu da bilirəm. Yerləri tuturlar, ondan sonra pulla satırlar. Başqa adamları bazara buraxmırlar. Necə olur ki, yarmarkalarda insanlar rayonlardan malını gətirib ucuz qiymətə satır, 1 kiloqramı da qalmır. Bazarda isə eyni məhsul iki dəfə bundan bahadır. Nə üçün? Bunun səbəbi var. Bu, kiminsə marağını təmin edir. Kimin marağıdır? Hər halda, Azərbaycan xalqının marağını təmin etmir. Ona görə ciddi araşdırma aparılmalıdır: Bazarlarda inhisarçılıq edənlər kimlərdir, bazarları özəlləşdirən kimlərdir, orada insanları incidən kimlərdir, onların arxasında kimlər dayanır? Onlar orada özbaşına deyillər. Yəqin ki, hərənin yanında bir dayısı var. Ona görə bunu ciddi şəkildə yığışdırın. Qısa müddət ərzində bazarlarda qiymət aşağı düşməlidir. Əlbəttə, yarmarkalar öz fəaliyyətini davam etdirməlidir və bu qiymətlərə ciddi nəzarət olmalıdır. Yenə deyirəm, biz Azərbaycan xalqı qarşısında cavabdehlik daşıyırıq.

Manatın həddən artıq bahalaşması əlavə problem yarada bilər. Bu meyil var. Biz yeni manata keçəndə onu təxminən dollara bərabər nəzərdə tutmuşduq. İndi manat xeyli dərəcədə bahalaşıbdır və bu proses davam edir. Əlbəttə, mən bunu müsbət hal kimi qiymətləndirmirəm. Çünki manatın bahalaşması ilk növbədə, ixracyönümlü istehsala ciddi zərbə vurur. Biz də çalışırıq ki, istehsal məhsullarımız ixrac olunsun. Əlbəttə ki, ilk növbədə, Azərbaycanın daxili tələbatı ödənilməlidir. Bununla bərabər, hər bir ölkənin iqtisadi uğurları onun ixrac potensialından asılıdır. Ona görə mən bilirəm ki, bunun təbii səbəbləri var və bu hadisələr təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də var. Başqa ölkələrdə bu çətinliklərlə üzləşirlər. Hər halda, bunu daim diqqət mərkəzində saxlamalıyıq.

Artıq uzun illərdir ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi barədə danışırıq. Düzdür, bu proseslər gedir, indi yeni sənaye sahələri yaranır. Misal üçün, bu il Azərbaycanda ən böyük şəkər zavodu tikilibdir. Bütün MDB məkanında ən müasir, ən böyük şəkər zavodudur. Bu, fermerlərə də böyük kömək göstərir. İndi çuğundur əkənlərin sayı xeyli dərəcədə artıbdır. Nəinki İmişlidən və onun ətrafında yerləşən bölgələrdən, lap ondan uzaqdakı rayonlardan da kəndlilər o şəkər zavoduna öz məhsulunu gətirirlər. Belə zavodlar çox olmalıdır. İş adamları gərək, öz investisiyalarını daha da inamla qoysunlar. Bunu etmək üçün biznes mühitinin yaxşılaşması davam etməlidir.

Bütövlükdə, Azərbaycanda biznes mühiti müsbət qiymətləndirilə bilər. Baxmayaraq ki, süni əngəllər də az deyildir. Bu yaxınlarda Dünya Bankı tərəfindən təqdim edilmiş məruzə onu göstərir ki, Azərbaycanda biznes açmaq üçün iş adamları çox böyük problemlərlə üzləşirlər. Süründürməçilik, bürokratiya, dövlət orqanlarının biznesə müdaxiləsi – bütün bunlar var və bizim işimizi çətinləşdirir. Buna baxmayaraq, Azərbaycanda biznes mühiti müsbətdir. Dövlət bunu dəstəkləyir, özəl sektoru dəstəkləyir. Bir daha demək istəyirəm, sahibkarlığın inkişafına həm mənəvi dəstək veririk, həm də hər il 100 milyon dollar həcmində yaxşı faizlə kreditlər də verilir. Düzdür, o kreditlər vasitəsilə görülən işlərə də nəzarət etməliyik: o pullardan necə istifadə olunur, vaxtlı-vaxtında qaytarılır yoxsa, yox. Biz özümüz müəyyən etməliyik ki, bu kreditlər hansı sahələrə verilsin və maksimum dərəcədə bundan səmərə götürməliyik. Ancaq bununla bərabər, problemlər var.

İqtisadiyyatımızın neft amilindən asılı olması təbiidir və bu, uzun illər davam edəcəkdir. Neftin hasilatı, qiyməti qalxdıqca, əlbəttə, bu, Azərbaycan iqtisadiyyatının əsas sahəsi olacaqdır. Mən burada da heç bir qəbahət görmürəm. Bəzi hallarda eşidirik ki, Azərbaycan iqtisadiyyatı neftlə bağlıdır. Hər bir ölkənin, yəni bizim vəziyyətdə olan ölkələrin iqtisadiyyatı nəyəsə bağlıdır. Haradasa neftə, haradasa başqa təbii ehtiyatlara. Bizim iqtisadiyyatımız nəyin hesabına inkişaf etməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, 50-100 il bundan əvvəl onların da iqtisadiyyatı hansısa təbii resursun əsasında qurulubdur. Bunda heç bir qəbahət yoxdur. Biz, sadəcə, elə etməliyik ki, bu amildən səmərəli istifadə edib, iqtisadiyyatın digər sektorlarını inkişaf etdirək.

Bu məqsədlə bu il yaradılan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti daha da güclənməlidir. Biz şirkəti yaratdıq və oraya 100 milyon dollar vəsait, nizamnamə kapitalı qoyduq ki, o, xaricdən, yaxud da Azərbaycandan potensial investorları cəlb etsin, onlarla bərabər investisiyalarda iştirak etsin. Tutaq ki, 15-20 faiz payla. Xaricdən, yaxud da Azərbaycandan investisiya qoyulsun ki, müəssisələr yaransın, özəl sektor inkişaf etsin.

Ondan sonra Dövlət İnvestisiya Şirkəti yeni qurulan şirkətdəki payını açıq bazarda, auksionda, yaxud da hansısa başqa yolla sata bilər. Ancaq biz hələ ki, bunun nəticəsini görmürük. Təxminən bir il keçir, ilin 10 ayı keçibdir, amma hələlik heç bir layihə yoxdur. Mən demirəm ki, bir müəssisə yaradılsın, heç bir ciddi layihə də yoxdur. Yaxşı, biz bir il itiririk, 100 milyon dolları qoymuşuq ki, bundan istifadə edək, bizə lazım olan sahələrə investisiyalar cəlb edək. O şirkətin yaradılmasından məqsəd, həm də bu idi. Çünki bilirsiniz ki, Azərbaycana xaricdən gələn investisiyalar xarici investorun marağına uyğun qoyulur. Xarici investor, yaxud da yerli investor baxır, hansı sahədə daha tez mənfəət götürmək olarsa, investisiyanı ora qoyur. Biz də bunu alqışlayırıq. Amma bizə lazım olan bəzi başqa sektorlar inkişaf etmir. Tutaq ki, oraya investorlar bu və ya digər səbəbə görə maraq göstərmirlər. Dövlət İnvestisiya Şirkətinin vəzifəsi də məhz ondadır ki, investisiyanı Azərbaycanın hərtərəfli inkişafına lazım olan sahələrə yönəldək. Tutaq ki, əgər bir layihə 100 milyon dollar dəyərindədirsə, Dövlət İnvestisiya Şirkəti ona 20 milyon dollar vəsait qoyarsa, investorun da inamını artırar və o da pulu oraya inamla qoyar. Ondan sonra bizim yerli banklar da iştirak də bilərlər. Beləliklə, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi üçün yeni sənaye sahəsi yaranar. Amma hələ ki, biz bunu görmürük. Ona görə ciddi məşğul olun. Mən bir neçə dəfə qapalı müşavirələrdə bu barədə öz iradlarımı bildirmişəm. Bu gün də bunu deyirəm. Mənə ciddi təkliflər verin. Çünki biz faktik olaraq bir ili itirmişik.

Sənaye potensialının möhkəmlənməsi ilə bağlı məsələlər bizi çox ciddi narahat edir. Biz növbəti illərdə böyük maliyyə imkanlarından istifadə edib yeni sənaye kompleksləri yaratmalıyıq. Yeni sənaye istiqamətlərinin inkişafı üçün işləməliyik. Burada da biz əgər böyük sənaye müəssisələrindən söhbət açırıqsa, dövlət fəaliyyəti mütləq və mütləq olmalıdır. Mən demək istəmirəm ki, dövlət hansısa öz müəssisələrini yaratmalıdır, zavodlar tikməlidir. Yox, bu, heç bir səmərə verməyəcəkdir. Bunu Sovet İttifaqı zamanı görülən işlər göstərir. Ancaq dövlət öz tərəfindən bu sahəyə məqsədyönlü şəkildə dəstək verməlidir. Tutaq ki, Azərbaycanda fəaliyyəti dayanmış müəssisələr var. Düzdür, artıq onların bir çoxu, oradakı avadanlıq da köhnəlib, heç nə qalmayıbdır. Binalar da artıq uçub-tökülür, onların bərpasının bəlkə də heç bir mənası yoxdur. Nəzərə alsaq ki, onlar bütün sovet xalq təsərrüfatının inkişafında bir element idi, geniş bazarlara malik idi, ona görə, bəlkə də o köhnə infrastruktura, zavoda, fabrikə o qədər də böyük diqqət vermək lazım deyildir. Amma yeni texnologiyalar var, yeni sahələr var.

Pul olan yerdə hər şey etmək olar, texnologiyalar almaq, gətirmək olar. Biz artıq o dövrdən çıxmışıq ki, ancaq kreditlərə ümid edək. Vaxtilə biz kreditləri çox çətinliklə alırdıq ya almırdıq. İndi isə banklar sıraya düzülüblər ki, bizə kredit versinlər. Budur, Azərbaycanın reallıqları. Biz seçirik ki, kiminlə işləyək, kiminlə işləməyək, hansı şərtlər bizə məqbuldur, hansı yox. Yəni Azərbaycanın indi imkanları artır. Maliyyə naziri də dedi ki, bizim kredit reytinqimiz də qalxıbdır. Yəni bütün görülən işlər belə zəncirvari reaksiya yaradır. Əldə edilmiş bütün nailiyyətlər, neft sektorunun fəaliyyəti, neft müqavilələrinin icrası, iqtisadi artım reytinqi qaldırır.

Biz artıq uzun müddətdir ki, beynəlxalq maliyyə qurumları ilə işləyirik. Milyardlarla dollar kredit almışıq. Etibarlı tərəfdaş kimi tanınırıq. Bizim üçün kredit almaq heç bir problem deyildir. Bu gün istənilən bankdan 1 milyard, 2 milyard dollar həcmində kredit almaq olar. Yaxşı, bunu edək?! Özümüz pul qoyaq. Yəni biz bu müddətdə ciddi sənaye potensialımızı yaratmalıyıq. Sənaye potensialını yaratmalıyıq ki, o, 5 ildən, 10 ildən sonra ölkəmizin əsas ümumi daxili məhsulunu verəcəkdir. 50 ildən sonra neft hasilatı ki, azalacaq, onda Azərbaycanın dayanıqlı inkişafını təmin edəcəkdir. Bu gün bunu eləməliyik. İndi danışıqlara başlasaq, ən azı bir il layihə işlərinə, texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına, 2-3 il bunun tikintisinə gedəcəkdir. Əgər biz ciddi sənaye potensialından danışırıqsa, bunun tikintisinə 5 il gedəcəkdir. İndi başlamasaq, deməli, 5 il yox, 10 il olacaqdır.

Biz Sənaye və Energetika Nazirliyini yaratdıq. Mən tələb edirəm ki, ciddi təkliflər verilsin: nəyi etməliyik, hansı sahələri inkişaf etdirməliyik. Mən hesab edirəm ki, biz istənilən sahəni inkişaf etdirə bilərik. Amma ilk növbədə, Azərbaycanda bazası, təcrübəsi olan, əgər lazım olarsa, yerli xammalı olan müəssisələri yaratmalıyıq. Bu bundan sonra bizim iqtisadi siyasətimizin əsas istiqamətlərindən biri olmalıdır. Bizi əsas narahat edən məsələlər bunlardır.

Kiçik və orta sahibkarlığın inkişafı daha da sürətlə getməlidir. Burada da süni müdaxilələr olmamalıdır. Baxmayaraq ki, onlar azalıb, amma yenə də faktlar var. Məlumatlar gəlir ki, hüquq mühafizə orqanları biznes strukturlarına müdaxilə edirlər, incidirlər, əsassız tələblər irəli sürürlər. Bunu yığışdırın. Düzdür, indi azalıbdır, amma var. Məndə bütün məlumatlar var.

Biz gərək özəl sektoru qoruyaq, onlara kömək edək ki, müəssisələr yaratsınlar, məhsul istehsal etsinlər, insanları işlə təmin etsinlər. 470 min iş yeri yaradılıbdır, onların tam əksəriyyəti özəl sektorda yaradılıbdır. İndi dövlət müəssisəsi tikmirik ki, orada iş yeri yaradılsın. Yaxud da dövlət aparatını artırmırıq ki, orada iş yeri açılsın. Bu, özəl sektorda yaradılır. Yaxşı, belə olan halda, biz gərək özəl sektora bütün şəraiti yaradaq. Mənim siyasətim bundan ibarətdir. Maksimum dərəcədə kreditlər veririk. “Aqrolizinq” yaratmışıq, infrastruktur yaradılır, qaz xətləri çəkilir, elektrik stansiyaları tikilir, yollar salınır. Nə üçün? İnsanlar rahat yaşasınlar, biznes inkişaf etsin. Ona görə dövlət, hökumət orqanları tərəfindən bizneslə məşğul olanlara böyük diqqət olmalıdır. Unutmayın ki, mən bu sahəyə ciddi yanaşıram və iş adamlarını dəstəkləyirəm.

Biz indi gərək öz şəhərlərimizə, rayonlarımıza daha da böyük diqqət verək, abadlıq, quruculuq işləri daha da sürətlə getsin. Mən çıxışımın əvvəlində qeyd etdim ki, Bakı şəhərinin tarixi abidələrinin bərpası, təmizlənməsi, yeni küçələrin salınması, işıqlandırmanın yeniləşməsi, işıq dirəklərinin alınması - bütün bunlar şəhərin səviyyəsini göstərir. Bu işlər Bakıda gedir, daha da sürətlə getməlidir. Əminəm ki, qısa müddət ərzində bizim şəhərimiz daha da gözəlləşəcəkdir.

Mən rayonlarda da tez-tez oluram, orada da abadlıq-quruculuq işləri gedir. Demək olar ki, hər bir rayonda işlər görülür. Amma bəzi hallarda çox zövqsüz, bəsit şəkildə görülür. Yəni ki, heç bir müasir səviyyəyə cavab verməyən tikililər meydana çıxır. Yaxud da mən bilmirəm, icra hakimiyyətləri başçılarının zövqü nədir - bütün binaları çəhrayı, yaxud da tünd yaşıl rəngdə rəngləyirlər. Bunu harada görüblər, bunları necə cəlb edir? Özü də bir yerdə, iki yerdə olsa, deməzsən, hər yerdə belədir. Haraya gedirəm, çəhrayı divarlardır. Yaxşı ki, divarları rəngləyirlər, amma zövqlə edilməlidir. Ona görə mən artıq göstəriş vermişəm və yerli memarları cəlb etmişik, xaricdən cəlb etmişik ki, rayonlarımızın, şəhərlərimizin müasirləşməsi üçün təklif versinlər.

Bununla bərabər, mən hesab edirəm ki, biz gərək rayon icra hakimiyyəti başçılarını qrup-qrup Avropanın inkişaf etmiş şəhərlərinə göndərək. Bunu təşkil edin, bir neçə ay ərzində on-on getsinlər, baxsınlar, orada görsünlər ki, necə olmalıdır və öz zövqlərindən, bəzi hallarda bəsit zövqlərindən əl çəksinlər. Çünki birinin bundan xoşu gəlir, digərinin o birisindən xoşu gəlir. Elə olmamalıdır. Bir şura olmalıdır, orada bu işləri bilən insanlar olmalıdır. Rəssamlar, mədəniyyət işçiləri, ictimaiyyət bu işlərdə iştirak etməlidir. Yenə də deyirəm, işlər görülür və gözəl də işlər görülür. Ancaq mən istəyirəm ki, lap gözəl olsun. Bəlkə də, bu, xırda məsələ kimi səslənə bilər. Amma hesab edirəm ki, ciddi məsələdir. Ölkəmizin çox özünəməxsus, qədim, tarixi siması olan şəhərləri var. Demək olar ki, hər bir şəhərin. Onu saxlamaq şərti ilə biz gərək ən müasir səviyyəyə çataq. Bütün bunlar bir-biri ilə bağlıdır.

İndi məktəblərə kompyuterlər qoyulur, internetə qoşulur. Bizim ən ucqar kənddə yaşayan uşaqlar internetə girəcəklər, baxacaqlar, öyrənəcəklər, öz savadını artıracaqlar. Yəni bütün bunlar bir-biri ilə bağlıdır. Bu olacaq, amma mən istəyirəm ki, daha da qısa müddət ərzində və keyfiyyətli olsun, bütün şəhərlər gözəlləşsin.

Biz bu gün əmək haqqının qaldırılması haqqında söhbət açdıq. Bu ənənə gedir. Minimum əmək haqqı qalxır, təhsil, səhiyyə işçilərinin əmək haqqı qalxmışdır. Pensiyalar qalxır. Gələn ildən minimum əmək haqqı yenə qalxacaqdır. Demişəm ki, minimum əmək haqqı minimum tələbatı ödəmək üçün kifayət olmalıdır. Hələ ki, biz buna nail ola bilməmişik. Bunu etiraf edirik, amma nail olacağıq.

Baxmaq lazımdır, büdcədən maliyyələşən digər kateqoriya insanların əmək haqqının qaldırılması üçün nə etməliyik? Mən hesab edirəm ki, biz ilk növbədə, Milli Elmlər Akademiyasında çalışan insanların maaşlarına baxmalıyıq. Düzdür, orada artım olub, amma hələ ki, bizi qane edə bilməz. Akademiya sistemində işləyənlər ölkənin elitasıdır, ziyalılardır, elm adamlarıdır. Ona görə baxın, nə etmək olar ki, onların maaşlarını qaldıraq. Bütövlükdə, büdcədən maliyyələşən təşkilatlarda çalışan bütün kateqoriya insanların maaşı, bir tərəfdən, minimum əmək haqqının artımı hesabına qalxmalıdır, digər tərəfdən də, biz vaxtaşırı xüsusi qərarlar qəbul etməliyik.

Bir də demək istəyirəm ki, bütövlükdə, görülən işlər məni qane edir. İqtisadiyyatımız uğurla inkişaf edir. Nazirlər Kabineti səmərəli işləyir, nazirlər yaxşı işləyiblər. Mən sizin fəaliyyətinizdən razıyam. Amma qaldırdığım məsələlərə çox ciddi diqqət yetirin və bizi narahat edən bütün məsələləri qısa müddət ərzində aradan qaldırın. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir

AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Böyük Britaniyanın Baş naziri 16 yaşdan kiçik uşaqlar üçün “zərərli” sosial medianı qadağan edəcək

Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib

Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib

BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Vyetnamın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib