Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

-Mən bayaq qeyd etdim, indi Baba Rzayev də deyir ki, mənim sərəncamımla - “Bakıelektrikşəbəkə”yə 12 milyon manat, “Sumqayıtelektrikşəbəkə”yə 3 milyon manat vəsait ayrılıbdır. Bu vəsaitdən siz səmərəli istifadə etməli və ən təxirəsalınmaz tədbirləri görməlisiniz. Çünki “Barmek” tərəfindən Azərbaycanın və Bakının energetika sisteminə vurulmuş ziyanı aradan qaldırmaq üçün çoxlu işlər görülməlidir. Hər halda, indi bu sahədə tam şəffaflıq təmin olunubdur. Əminəm ki, bütün aidiyyəti qurumlar - “Azərenerji”, Bakı və Sumqayıt elektrik şəbəkələri birlikdə işləyəcəklər. Artıq qarşılıqlı ittihamlar və iradlar arxadadır, keçmişdədir. Siz ən şəffaf şəkildə, işgüzar şəraitdə işləməlisiniz və qarşıda duran bütün vəzifələri yerinə yetirməlisiniz. O vəzifələr də aydındır: əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etmək, energetika sistemini - həm istehsal edən sistemi, həm də paylayıcı sistemi müasirləşdirməkdir ki, Azərbaycanda ən müasir standartlara cavab verən energetika sistemi yaransın.

Yenə də demək istəyirəm ki, bizim kifayət qədər resurslarımız var, neftimiz, mazutumuz var, qazımız da olacaqdır. Biz əsas infrastruktur məsələlərinə ciddi yanaşmalıyıq. Siz ayrılmış vəsaitdən səmərəli şəkildə istifadə etməlisiniz, sayğaclaşdırma prosesi sürətlə getməlidir. Çalışmalısınız ki, qısa müddət ərzində sayğaclaşdırma yüz faiz təmin olunsun. Qeyd olundu, buraya ən müasir sayğaclar gətirilməlidir. Çünki “Barmek” tərəfindən gətirilmiş sayğaclar tamamilə yararsız vəziyyətdədir.

Onu da qeyd etmək istəyirəm ki, mənə verilən məlumata görə, bəzi rayonlarda quraşdırılmış sayğaclar əhali tərəfindən sındırılır. Mən hüquq mühafizə orqanlarına göstəriş vermişəm, siz də nəzarət edin, sayğacları sındıran insanlara qarşı ən ciddi tədbirlər görülməlidir. Biz bu sayğacları dövlət hesabına quraşdırırıq. Halbuki bu, dövlətin öhdəliyi deyil. Başqa ölkələrdə əhali özü sayğacları alıb quraşdırır. Biz güzəştə gedirik. Dövlət kömək məqsədi ilə vəsait ayırıbdır və sayğaclar quraşdırılır. O sayğacları quraşdıran insanlar bir neçə növbədə fasiləsiz işləyirlər. Etibar Pirverdiyev məlumat verir ki, gündə 3 mindən çox sayğac quraşdırılır. Bu, böyük işdir, çox böyük işdir, böyük fədakarlıqdır. Buna həm vəsait gedir, həm də insanların zəhməti gedir. Bəzi insanlar isə sayğacları sındırırlar. Nə üçün? Pul ödəməmək üçün. Birincisi, sayğacları sındıranların işığı dərhal kəsilməlidir, ikincisi, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır və ən ciddi cəza verilməlidir. Əgər biz bütövlükdə bu sahədə qayda-qanun yaratmaq istəyiriksə, bütün bu məsələləri qanun çərçivəsində həll etməliyik.

Azərbaycanın enerji balansı tərtib olunanda, əlbəttə, bütün bu amillər nəzərə alınmalıdır. Bütün bu məsələlər bir-birilə bağlıdır.

Artıq məlumat verildi ki, əgər istilik verilməsi tam şəkildə bərpa olunarsa, elektrik enerjisinə, mazuta, qaza nə qədər qənaət ediləcək. Həm vəsaitə qənaət olunacaq, biz vəsaitdən səmərəli istifadə edəcəyik, eyni zamanda, bu qədər qazın işlədilməsinə də ehtiyac olmayacaq, mazutun sərfinə ehtiyac olmayacaqdır. Əlbəttə, bütün bunlar satılan məhsullardır. Biz mazutu ixrac edə bilərik, qazı almaya bilərik. Yəni bu, həm sosial, həm də iqtisadi məsələlərdir, hər tərəfdən baxsan, səmərəli yanaşmalardır. Amma bunu təmin etmək üçün bütün energetika kompleksi əlaqələndirilmiş şəkildə idarə olunmalıdır. Bütün qurumlar arasında işgüzar münasibətlər olmalıdır, çox çevik siyasət aparılmalıdır. Biz öz işimizi maksimum dərəcədə səmərəli aparmalıyıq.

“Azəriqaz”la bağlı olan məsələlər də öz həllini tapır. Əminəm, ki, sayğaclaşdırma gələn ilin birinci rübündə başa çatacaq və “Azəriqaz” da itkiləri çox kəskin şəkildə azaltmalıdır. Biz böyük vəsait ayırıb xaricdən qaz alırıq, onun böyük bir hissəsi itkilərə gedir. Bunun təbii səbəbləri var, borular, infrastkruktur köhnəlibdir. İndi bunu da bərpa etmək lazımdır. Ancaq bütövlükdə, bu məsələyə çox ciddi yanaşmaq lazımdır.

Qaz, işıq pulu maksimum dərəcədə ödənilməlidir. Bu, bizim tələbimizdir və bu, çox təbii bir tələbdir. Hər bir məhsulun qiyməti var.

Mən həmişə demişəm, insanlar dükana gedib hansısa məhsulu alanda, onun pulunu ödəyirlər. Qaz da, işıq da məhsuldur. Onların da pulu ödənilməlidir. Xüsusilə nəzərə alsaq ki, başqa MDB ölkələri ilə müqayisədə, Azərbaycanda tariflər ən aşağıdır. Azərbaycan təbii qazın min kubmetrini Rusiyadan 110 dollara alır, əhaliyə 50 dollara satır. Onun da yarısı yığılmır. Nəzərə alsaq ki, Rusiya tərəfindən bizə qazın qiyməti 230 dollar elan olundu, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük itkilər olacaqdır. Sadəcə olaraq, bu işdə bütün qurumlar öz vəzifə borcunu yerinə yetirməlidir. Əhali də öz tərəfindən qanuna uyğun olaraq hərəkət etməli, qaz, işıq pulunu vaxtlı-vaxtında ödəməlidir.

Neft Şirkətinin üzərinə böyük vəzifələr düşür. Mən qeyd etdim, Neft Şirkəti artıq bu işlə məşğul olur. Qaz hasilatının artırılması ən önəmli məsələdir. İndi bütün səylər bu istiqamətə yönəldilibdir. Əminəm ki, bu işlər davam etdirilərsə, Azərbaycan özünü təbii qazla təmin edəcəkdir. Baxmayaraq ki, bunu etmək çətin olacaqdır. Çünki bizim öz hasilatımız cəmi 4-5 milyard kubmetrdir. Azərbaycanın tələbatı isə 10-11 milyard kubmetrdir. Ona görə, Rusiyanın bizə verdiyi təklifə baxırıq. Ancaq o da aydındır ki, min kubmetr üçün 230 dollar çox yüksək qiymətdir. Biz müxtəlif variantlara baxmalıyıq. Lazım gələrsə, Azərbaycanda özümüzü elektrik enerjisi ilə təmin etmək üçün Bakı-Novorossiysk neft kəməri vasitəsilə Rusiyaya ixrac edilən neftin həcminin azaldılmasına da baxmalıyıq. Çünki bizim başqa yolumuz yoxdur. Biz Rusiyadan idxal edilən qazı elektrik enerjisinin istehsalı üçün elektrik stansiyalarına yönəldirik. Əgər oradan qaz gəlməzsə, deməli, biz elektrik enerjisini mazutun hesabına istehsal etməliyik. Biz mazutu da ancaq nefti emal etməklə əldə edə bilərik. Hələ ki, dekabrın 1-dir, qərar qəbul etmək üçün bir-iki həftə vaxtımız var. Mən sizə göstəriş verirəm ki, Bakı-Novorossiysk neft kəmərinin dayandırılması məsələsinə baxın və qısa müddət ərzində öz təkliflərinizi verin.

Eyni zamanda, belə olan halda, neftayırma zavodlarını da gərək mazut rejiminə çevirək. Əlbəttə, iqtisadi cəhətdən böyük itkilər olacaq, ancaq bizim başqa yolumuz qalmır. Biz əhalini elektrik enerjisi ilə təmin etməliyik.

“Azəristiliktəchizat” yaranandan sonra çox böyük işlər görübdür. Bir daha demək istəyirəm ki, 2007-2008-ci illərdə istilik sistemi tam şəkildə bərpa olunmalıdır. Nə qədər vəsait lazımdırsa, biz onu ayırarıq. Nəzərə alaq ki, bir il ərzində biz ondan iki dəfə çox qənaət əldə edəcəyik. Ona görə yeni, müasir qazanxanaların qurulması, məhəllədaxili qazanxanaların yaradılması, - məni xüsusilə çox sevindirən odur ki, məktəb proqramı icra olunur və məktəblərdə, xəstəxanalarda istilik sistemi bərpa edilir, - çox yaxşı təşəbbüsdür. Mən bunu alqışlayıram.

Beləliklə, mən hesab edirəm ki, bu müşavirədən sonra, haradasa iki həftə ərzində konkret təkliflər verilməlidir ki, biz öz enerji siyasətimiz, xüsusilə qarşıdakı qış mövsümündə atılacaq addımlar haqqında qərar qəbul edək. Bizim uzunmüddətli enerji siyasətimizdə heç bir dəyişikliklər yoxdur. Bu siyasət çox uğurludur, çox məqsədyönlüdür. Azərbaycanın enerji tələbatını ödəyəcək, digər ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və bu siyasətdə heç bir dəyişiklik yoxdur.

Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq fəaliyyətdədir. Gələn il, 2007-ci ildə demək olar ki, tam gücü ilə işləyəcəkdir. 2008-ci ildə o kəmər vasitəsilə 50 milyon tondan çox neft ixrac ediləcəkdir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq tikilibdir. Bu yaxınlarda onun qazla doldurulması başa çatacaqdır. Azərbaycan qazı digər ölkələrin bazarına çıxacaq, o cümlədən Avropaya çıxacaqdır. Avropa İttifaqı ilə imzalanmış memorandum bunu təmin etmək üçün ilkin addımdır. Yəqin ki, memorandumdan sonra geniş, böyük anlaşma da imzalanacaqdır. Yəni mümkün ola biləcək müvəqqəti çətinliklər, - idxal qazının azaldılması və bununla əlaqədar yarana biləcək çətinliklər bizi strateji yoldan döndərə bilməz, strateji seçimimizə heç bir təsir göstərə bilməz. Azərbaycanın siyasəti, həmişə olduğu kimi, daxili resurslara əsaslanaraq, xalqımızın milli maraqlarını tam şəkildə təmin edəcəkdir.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir