SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Konqresin nümayəndə heyətinin Bakıya səfərindən əvvəl mən istərdim ki, hörmət və ehtiramımı Sizə və ailənizə çatdırım. Həm də Sizi Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə təbrik etmək istəyirəm.
Hazırda Birləşmiş Ştatlar və Azərbaycan arasında möhkəm ikitərəfli əlaqələr mövcuddur. Mən Azərbaycanda gedən sürətli inkişafa valeh olmuşam. Azərbaycanda sabitlik və demokratiyanın davam etməsi ABŞ-Azərbaycan münasibətlərinin dərinləşməsi üçün əhəmiyyət kəsb edən amildir. Qarşıdan gələn seçkilərə hazırlaşdığınız bir vaxtda mən ümid edirəm ki, demokratik təsisatların gücləndirilməsi yolunda Sizinlə, hökumətinizlə və Azərbaycanın parlamenti ilə işimi davam etdirəcəyəm. Amerika Birləşmiş Ştatları və Azərbaycan strateji tərəfdaşlar kimi əsas sahələrdə - terrorizmə qarşı mübarizə, regional sabitlik, energetika, siyasi və iqtisadi islahatlar - əməkdaşlığı davam etdirməklə əlaqələri möhkəmlədəcəklər.
Mən ümid edirəm ki, irəlidəki görüşümüz zamanı Sizin Birləşmiş Ştatlarla əməkdaşlığa yönəlmiş siyasətinizi dəstəklədiyimizi ifadə edə biləcəyik. Sİzə çətin işinizdə uğurlar arzu edirəm.
Səmimiyyətlə,
Kurt Ueldon
ABŞ Konqresinin üzvü
21 avqust 2003-cü il.