RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İ.H.ƏLİYEVƏ HAQQI ÖDƏNİLMƏYƏN MƏZUNİYYƏTİN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 69.2-ci və 70.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Baş naziri İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikasının Prezidentliyinə namizəd qismində seçkiqabağı təşviqatda və seçkilərdə iştirakının təmin edilməsi məqsədi ilə 2003-cü il avqustun 6-dan başlayaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi günədək haqqı ödənilməyən məzuniyyət verilsin.
2. Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərinin icrası bu qərarın 1-ci bəndində göstərilən müddətdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Artur Tahir oğlu Rasizadəyə həvalə edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Baş naziri