AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm cənab Prezident! Sizin tərəfinizdən mənə verilən yüksək dövlət mükafatı ilə əlaqədar və mənə göstərdiyiniz dərin hörmət və ehtirama görə səmimi qəlbdən öz minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, ömrümün sonuna qədər Azərbaycan xalqı və incəsənəti üçün əlimdən gələni edəcəyəm. Inanıram ki, Sizin rəhbərliyiniz altında xalqımız tezliklə öz xoşbəxt gələcəyinə çatacaqdır. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Dərin hörmətlə,
Mirzə BABAYEV
Azərbaycan Respublikasının xalq artisti